Previous Next
Bağla

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025 15:03
İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz
"Ölkəmizdə qəribə bir situasiya yaşanır. İKT sektorunun müstəqil olmayan “tənzimləyici qurumu” – İKTA tez-tez dövlət və özəl provayderlərə göstəriş verir ki, internetin sürətini artırın".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz İKTA-da operator və provayderlərlə keçirilən növbəti görüşü şərh edərkən deyib.
 
Ekspert qeyd edib ki, dünyanın heç yerində, heç bir dəftər- kitabda belə "tənzimləyici" alət yoxdur:
 
"Hər ay provayderləri yığıb tapşırıq verirlər, danlayırlar, yalvar-yaxar edirlər ki, İnternet sürətini artırın, dünya ortalamasına çatdırın.
 
Əgər pərakəndə internet bazarında dövlət və özəl provayderlər varsa, dövlətin xüsusi çəkisi 80%-ə yaxınlaşıbsa, rəqabətli mühit yetərli deyilsə, qiymətləri bazar yox, “razılaşdırılmış planlar” formalaşdırırsa tənzimləyici necə tələb edə bilər ki, sürəti artır?
 
İKTA fərqində olmalıdır ki, ayda 5-10 min manat əmək haqqı alan onun əməkdaşı da internetə aylıq 25 manat ödəyir, regionda, kənddə yaşayan, gündəlik tələbatını güclə ödəyən, sosial müavinət hesabına yaşayan vətəndaşımız da 25 manat ödəyir.
 
Məcburdur, çünki seçimi yoxdur, tələbatı olmasa da ona seçim imkanı verilməyib.
Məcburdur, çünki dövlətin və biznesin vacib xidmətlərini almalıdır, uzaqda olan övladı ilə əlaqə qurmalıdır".
 
Osman Gündüzün sözlərinə görə, qəribəsi odur ki, İKTA deyir qiymət mənlik deyil, amma səlahiyyətinə aid olmayan "sürəti artırın" göstərişilə dolayısıyla yenidən qiymət artımını təşviq edir:
 
"Normalda isə qurum sərbəst və azad bazar prinsiplərini, provayderlərə bərabər imkanları təşviq edərək, dövlət provayderlərini yerində "oturdaraq" sürətin və keyfiyyətin artmasına nail olmalıydı.
 
Son bir neçə ildə RİNN tərəfindən aparılan siyasətlə internet bazarında müsbət istiqamətdə yeni keyfiyyət dəyişikliyi formalaşıb. Keyfiyyətli, yüksək sürətli bir internet infrastrukturu formalaşıb.
 
Keyfiyyətli internetə əlçatanlıq təmin edilib, amma vətəndaşlara tələbata uyğun seçim imkanı verilməyib.
 
Ağlasığmazdır ki, dövlət provayderləri, vətəndaşlara daha yaxın olmalı olan qurumlar, Aztelekom və Azercell, əksinə, bazarda yüksək qiymətləri təşviq edən qurumlara çevrilib".
 
EKspert qeyd edib ki, özəllər məhz dövlət şirkətlərinin atdığı addımlardan sonra qiymətləri qaldırırlar:
 
"Fikrimcə, İKTA məhz dövlət və özəl provayderlərin mövcud olduğu internet bazarındakı belə qeyri-adi hallara qarşı mübarizə aparmalıdır.
 
Düşünürəm ki, İKTA bu tip absurd, səmərəsiz və mənasız "sürəti artırın" göstərişləri vermək əvəzinə internet bazarının liberallaşdırılmasına, internet bazarında dövlətin xüsusi çəkisinin azaldılmasına, dövlət provayderlərinin pərakəndə satışının özəlləşdirilməsinə , internet xidmətlərində tələbatauyğun qiymət seçimi imkanının yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024
Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025
Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025
Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018
Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

18-07-2024
Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023
İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021
Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020
Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025
İKTA-nın faydalı addımları və onu gözləyən risklər

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

24-06-2025
Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə