Corciya (ABŞ) Texnologiya İnstitutunun alimləri robotu adamlarla “insani” baxımdan daha təbii ünsiyyət qurmağa öyrədiblər.
Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, Amerika alimləri xüsusi hazırlanmış Simon adlı robotun ünsiyyətini “insanlaşdırmaq” üçün ona iki müxtəlif davranış modeli təqdim ediblər.
Bir sosial modeldə robot daha inadcıl olub və danışan adamın sözünü belə kəsə bilib. Digərində isə əksinə, robot insan səsi eşidən kimi danışmağını dərhal dayandırıb. Simonun fiziki hərəkətlərinin müstəqilliyi, həmsöhbətinə baxması və qeyri-verbal vasitələrdən istifadə tezliyi də konkret modeldən asılı olub.
Təcrübələr göstərib ki, insanlar daha enerjili robot modeli ilə ünsiyyət zamanı oyun qaydalarını qəbul ediblər və onunla olduqca passiv davranıblar. Respondentlərdən bəziləri hətta qeyd ediblər ki, Simon özünü olduqca eqoist aparır.
Sınaqda iştirak edənlər çox da fəal olmayan robot modelinin xarakterini qapalı kimi səciyyələndiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri