Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransda süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertlər, alimlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər.
SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformaya çevriləcək.
Konfransın hər il keçirilməsi və beynəlxalq ənənəyə çevrilməsi planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları