Previous Next
Bağla

İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

24-11-2025 12:53
İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb.

Xeberler.az bildirir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025

Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

21-11-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

İKT-nin tətbiqi TDT-ın sərhədlərarası pasiyent məlumatları mübadiləsini mümkün edir

08-10-2024

TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

06-11-2024

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

TDT-yə üzv dövlətlər 2026-cı ildə birgə peyk istehsal edəcək

08-10-2025

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

Baş katib Qazaxıstan-Azərbaycan fiberoptik kabelinin əhəmiyyətindən danışıb

15-05-2026

Bakıda D-8 Media Forumu keçirilir

21-11-2025

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025

TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

26-10-2024

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə