Previous Next
Bağla

Dronlar xəstəxanaya qan daşıyacaq

03-04-2017 16:26
 Dronlar xəstəxanaya qan daşıyacaq

İsveçrədə iki xəstəxana kvadrokopterlər vasitəsilə bioloji materialların daşınmasını həyata keçirib.

Bioloji nümunələrin, xüsusilə qanın operativ çatdırılması təcili vəziyyətlərdə (məsələn, əməliyyata hazırlıq zamanı analizlərin aparılması üçün) olduqca əhəmiyyətlidir. Çox zaman toplanmış nümunələr avtomobil vasitəsilə daşınır, lakin böyük şəhərlərdə tıxaclarla qarşılaşmaq mümkündür.

Bu isə, materialların daşınmasında ləngimələrə səbəb ola bilər. Buna görə də, hökumət və səhiyyə sahəsi, o cümlədən özəl şirkət nümayəndələri əlçatan və sərfəli alternativlər axtarmağa başlayıblar.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, İsveçrənin Luqano şəhərinin iki xəstəxanası İsveçrə Poçtunun dəstəyi ilə dronlar vasitəsilə biomaterialın çatdırılması üzrə xidməti reallaşdırıb. Bunun üçün kiçik nəqliyyat kvadrokopteri Matternet istifadə olunub.

Zəruri hallarda müəssisələrin əməkdaşları pilotsuz təyyarəyə nümunələr və ya digər yüngül yüklü konteyner yükləyir və mobil proqramın köməyi ilə çatdırılmanı aktivləşdirirlər. Aparat avtomatik rejimdə göstərilən marşrut üzrə yükü daşıyır.

Hazırda bu dronlar pilot layihəsi çərçivəsində İsveçrə xəstəxanalarında istifadə olunur. Tibbi  kvadrokopter artıq 70-dən çox test uçuşunu həyata keçirib. Sınaqlar müvəffəqiyyətli olarsa, dronlar vasitəsilə bioloji nümunələrin çatdırılması xidməti 2018-ci ildə öz işinə başlayacaq.

Qeyd edək ki, ilk dəfə Avstraliya şirkəti Flirtey ötən ilin mart ayında şəhər daxilində kiçik dronlar vasitəsilə çatdırılmanı həyata keçirib. Uçuş çərçivəsində 6 motorlu pilotsuz təyyarə 800 metr məsafəyə, Nevada ştatında yerləşən yaşayış evinə yükü müstəqil çatdırıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tibbi dronlar-Video

Tibbi dronlar-Video

22-09-2017
Fransada dron-poçtalyonlar istifadəyə verilib

Fransada dron-poçtalyonlar istifadəyə verilib

26-12-2016
Pilotsuz uçan aparatlar üçün aeroport tikiləcək

Pilotsuz uçan aparatlar üçün aeroport tikiləcək

20-10-2015
Dronlar üçün aerovağzal tikiləcək

Dronlar üçün aerovağzal tikiləcək

22-09-2015
Dronlar meşə zolaqlarının salınmasında kömək edəcək

Dronlar meşə zolaqlarının salınmasında kömək edəcək

02-07-2016
Poçt bağlamaların çatdırılması üçün pilotsuz uçan aparatlar hazırlanır

Poçt bağlamaların çatdırılması üçün pilotsuz uçan aparatlar hazırlanır

23-04-2015
Yaponiya şirkəti dron xidmətləri göstərəcək

Yaponiya şirkəti dron xidmətləri göstərəcək

25-08-2015
Qartallara pilotsuz uçan aparatları tutmağı öyrədirlər

Qartallara pilotsuz uçan aparatları tutmağı öyrədirlər

02-02-2016
Akulalar pilotsuz uçan aparatlarla izləniləcək

Akulalar pilotsuz uçan aparatlarla izləniləcək

26-11-2015
Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016
Təcili tibbi yardım dronları istifadəyə veriləcək

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019
Dronlar hündürmərtəbəli binalar tikəcək-Video

Dronlar hündürmərtəbəli binalar tikəcək-Video

03-05-2016
Dənizdə batan şəxsləri dronlar xilas edəcək

Dənizdə batan şəxsləri dronlar xilas edəcək

22-05-2018
Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq

Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq

03-08-2015
Dronlar poçt xidməti  göstərəcək

Dronlar poçt xidməti göstərəcək

22-04-2016
Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016
Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016
Qartal kimi görən dronlar

Qartal kimi görən dronlar

17-02-2017
Sony pilotsuz uçan aparat təqdim edib

Sony pilotsuz uçan aparat təqdim edib

25-08-2015
Sərnişin dronu test edilib

Sərnişin dronu test edilib

07-08-2019
Pilotsuz uçan taksilər-Video

Pilotsuz uçan taksilər-Video

05-01-2017
Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

15-05-2023
Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq

Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq

18-05-2022
Pilotsuz mobil poliklinika

Pilotsuz mobil poliklinika

27-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə