Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.
Bu barədə universitetdən Xeberler.az-a məlumat verilib.
Bildirilib ki, infosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən TEKNOFEST - Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin texnoloji lideri Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala 2022-ci ildə Azərbaycan ev sahibliyi edib. Bu həm Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunun növbəti mesajı, eyni zamanda TEKNOFEST-in əhatə dairəsinin daha da genişlənməsinin göstəricisi idi. Rektor qeyd edib ki, hər il keçirilən festivalda AzTU tələbələri də iştirak edir və yeni təcrübələr qazanırlar.
Daha sonra TEKNOFEST-in baş katibi Muhammet Saymaz festivalla bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, “TEKNOFEST 2024” Türkiyənin Adana şəhərində keçiriləcək. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat 20 fevrala kimi davam edəcək. Muhammet Saymaz yarışmaya qeydiyyatla bağlı zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri