Previous Next
Bağla

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022 16:55
“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ekologiyanın qorunması, bərpa olunan enerji mənbələrinə dair yeni texnologiyaların təşviqi və sıfır tullantı hədəfinə yönəlmiş layihələrin qəbuluna başlanılıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə cari ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST”ə hazırlıq istiqamətində hazırda bir neçə maraqlı müsabiqə təşkil edilir.

Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Qeyd edək ki, ətraf mühitin qorunması sahəsində keçirilən müsabiqəyə qeydiyyat artıq başlayıb.

Cari müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. “TEKNOFEST” çərçivəsində təşkil olunan müsabiqədə yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.

Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir. 

Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını “TEKNOFEST” kimi mötəbər festivala təqdim edə bilərlər. Müsabiqənin
şərtlərinə əsasən orta məktəb komandaları mentorlar qismində məsləhətçiləri işə cəlb etməli və müvafiq layihə təklifini birgə təqdim etməlidirlər. A kateqoriyalı komandaların finalda öz məsləhətçisi ilə iştirakı lazımdır.

B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər. Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.

Qeyd edək ki, sözügedən müsabiqə üzrə Mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer 4000 AZN, II yer 2000 AZN və III yer 1000 AZN təşkil edir. B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün Mükafat fondu I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN-dir.

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçiddən istifadə edilməlidir: https://teknofest.az/az/competitions/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə