Previous Next
Bağla

Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında

10-03-2023 16:03
Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında
Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 3 komandasının 4 layihəsi “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
 
Festivalda 2 kateqoriya üzrə (“Yaşıl texnologiyalar” və “Ağıllı nəqliyyat” kateqoriyaları) yarışmaya qatılan “BSU Creativity Workz” komandasının 2 layihəsi finalda BDU-nu təmsil edəcək.
Komandanın “Driver’s Eye” layihəsi yol hərəkətində müşahidə edilən problemlərin süni intellekt əsasında həllinə həsr edilib. Belə ki, layihədə nəqliyyat axınının, piyadaların hərəkətinin və avtomobilin idarə edilməsi zamanı yaranan “kor nöqtələr” süni intellekt əsaslı YOLO alqoritmi ilə analiz edilib. Bunun əsasında sürücünün görə bilmədiyi nöqtələri görən, baş verə biləcək avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradılıb.
 
“BSU Creativity Workz” komandasının “REB-Pack” layihəsində isə dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası hazırlanıb. Çanta müxtəlif üsullarla əldə edilmiş elektrik enerjisindən çətin təbii şəraitdə istifadə etməyə, çanta üzərində quraşdırılmış xüsusi sensorlar qan təzyiqi, bədən temperaturu və s. kimi parametrləri qeyd etməyə və lazım gəldikdə monitorinq mərkəzinə ötürməyə imkan verəcək.
 
BDU-nun “Humantek” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Ağıllı damla sulama sistemi” layihəsində məqsəd torpağın mineral tərkibi, rütubət səviyyəsi və hava şəraitindən asılı olaraq kənd təsərrüfatı sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirməkdir.
 
 
Torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyaların yerləşdirilməsi nəzərdə tutulub.
 
BDU-nun “G-21” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Zərərvericilərə qarşı dronlarla mübarizə” layihəsi ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv və təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistemin hazırlanmasına həsr olunub.
 
Digər kateqoriyalar üzrə finala vəsiqə qazanmış komandalar haqqında məlumatlar yaxın günlərdə açıqlanacaq.
 
Xatırladaq ki, “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalı 27 aprel-1 may tarixlərində İstanbul şəhərində keçiriləcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU “TEKNOFEST-2024”ün finalında iki komanda ilə təmsil olunur

05-09-2024

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025

BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

22-09-2025

BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

26-09-2024

BDU-nun komandası “TEKNOFEST-2025”in finalında iştirak edir

18-09-2025

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023

Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb

12-05-2023

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

14-01-2025

Bakı Ali Neft Məktəbinin komandası növbəti dəfə “Teknofest”də qalib oldu

30-09-2024

Azərbaycanın gənc robototexnikləri ABŞ-da finala çıxıb

11-04-2023

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” tədbiri keçirilib

16-04-2025

BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək

22-08-2024

BANM-in 30 komandası “Teknofest-2025”in finalına vəsiqə qazanıb

17-09-2025

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

09-08-2021

BANM-ın qalib komandaları “TEKNOFEST-2024”də mükafatlandırılıb

14-10-2024

BANM-ın 11 komandası “TEKNOFEST-2024”də iştirak etmək üçün yola

04-09-2024

BDU-nun iki komandası IWISE 2025 yarışmasında uğur qazanıb

10-03-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə