Previous Next
Bağla

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016 13:24
İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

7 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsinin qalibləri müəyyən olunub.
 
Xeberler.az-ın məlumatına görə, olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.

Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının Olimpiadada iştirakının təşviq edilməsi məqsədilə, Olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq final mərhələsinə vəsiqə qazanmış və finalda az fərqlə qaliblər sırasına düşə bilməyən Azərbaycan Dövlət Aqrar Universitetinin “Kəpəz” komandasının nəticələri nəzərə alınaraq, müsabiqədən kənar mükafatlandırılması münsiflər heyəti tərəfindən qərara alınıb.

Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə HP, Azerfon və Caspian Telekom şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaqlar.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə