Previous Next
Bağla

Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

29-11-2018 12:47
Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

Bu gündən Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin iştirakı ilə “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.

Xeberler.az  bildirir ki, Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də “Aztelekom”, “Bakı Telefon Rabitəsi”, Dövlət Radiotezliklər İdarəsi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.

Nazirliyin Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova geniş məruzə ilə çıxış edib. G.Hüseynova bildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də ölkəmiz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi TAİEX texniki yardım aləti çərçivəsində birgə bir sıra tədbirlər həyata keçirir.

“Ölkəmizdə telekommunikasiya sahəsində tətbiq edilən tariflər üzrə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərin liberallaşdırılması istiqamətində Nazirliyin təqdim etdiyi layihə Avropa İttifaqı tərəfindən qəbul edilib. Bu seminar da həmin layihə çərçivəsində təşkil olunub”. Daha sonra G.Hüseynova informasiya-kommunikasiya sektorunda həyata keçirilən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya”da və eləcə də “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı qarşıya ambisiyalı hədəflər qoyulub.

“Bu gün ölkə əhalisinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ölkənin coğrafi yerləşmə mövqeyindən, eləcə də relyefindən asılı olaraq əksər yaşayış məntəqələrində əhaliyə poçt və telekommunikasiya xidmətlərinin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Paytaxtda və regionlarda telekommunikasiya şəbəkəsində ən son texnologiyalar tətbiq edilməkdədir. 2010-cu ildən ölkə əhalisinin 100 faizi mobil rabitə ilə təmin olunub. Eyni zamanda sektorda həyata keçirilən liberallaşma tədbirləri nəticəsində özəl sketorun payı son 15 ildə 67 faizdən 81 faizə yüksəlib. Respublikada internet xidmətlərinin daha geniş yayılması və inkişafına dəstək məqsədi ilə 2000-ci ildən internet xidmətlərinin göstərilməsi üçün lisenziyalar ləğv edilib. Bundan başqa, 2016-cı ildən respublikada analoq televiziya yayımı tam dayandırılıb və 10-12 kanaldan ibarət açıq paketlə rəqəmli televiziya yayımına keçid təmin edilib ”- deyə şöbə müdiri qeyd edib.

Seminarda Avropa İttifaqı ölkələrindən (Latviya, Litva, Finlandiya, İtaliya) telekommunikasiya sahəsi üzrə ekspertləri müxtəlif mövzular üzrə məruzə ilə çıxış ediblər. Tədbirdə Avropa İttifaqı ölkələrində tariflərin tənzimlənməsi, qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, telekommunikasiya sahəsində xərc əsaslı tariflərin müəyyən edilməsi, sabit, mobil və pərakəndə xidmətlər üzrə tariflərin formalaşdırılması, bazarda hökmran mövqe tutan (SMP) operatorların tariflərinin tənzimlənməsi və onların öhdəlikləri, yeni nəsil texnologiyalar üzrə (4G, LTE, WIMAX, GPON və s.) tariflərin müəyyən edilməsi kimi vacib mövzularda fikir və təcrübə mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

29-11-2018

Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

29-11-2018

Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

09-01-2014

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

04-09-2023

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018

Azərbaycan Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransının Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələr komitəsinin iclasında iştirak edəcək

21-09-2010

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb

21-12-2018

Hərbi vəziyyətdə telefonlar bloklana bilər

04-12-2018

Telekommunikasiya kanallarından istifadəyə dair tariflər təsdiqlənib

06-08-2025

Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

27-07-2023

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011

Ucqar yaşayış məntəqələri sürətli internetlə təmin edilir

05-11-2015

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025

Daşkənddəki regional seminarda Azərbaycan da təmsil olunub

21-06-2018

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

24-10-2023

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə