“Televiziya və radio yayımı haqqında” qanun dəyişdi

04-04-2009 / 13:00

Milli Məclis “Televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib.Layihəyə əsasən, özəl teleradio yayımının təsisçiliyində və pay sahibliyində dəyişiklik zərurəti yarananda bu barədə 1 ay əvvəl müvafiq dövlət orqanına məlumat verilməlidir. Həmin dövlət orqanı dəyişikliyin qanunun tələblərinə müvafiq olması haqda 2 ay müddətində rəy verəndən sonra bu dəyişiklik edilir və 1 ay müddətində yeni sənədlər həmin dövlət qurumuna təqdim olunur. Layihədə o da qeyd olunub ki, qanunun tələbləri xüsusi razılığın (lisenziya) qayda və şərtləri pozulduqda müvafiq dövlət qurumu inzibati tənbeh tədbirləri tətbiq edir və ya məhkəmə qarşısında iddia qaldırır.

Təklif edilən dəyişikliyə əsasən, zəruri hallarda ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk yayımı ilə yayımlanmasına icazə verilir. Layihəyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziya) qayda və şərtlərini və ya bu qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı bir proqramın yayımı məhkəmə qərarı ilə 1 ayadək müddətə müvəqqəti dayandırıla bilər.

Həmçinin, yayımçı müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda, onun barəsinə inzibati hüquqi qərar qəbul edilə bilər.

Dəyişikliyə görə, indiyədək bir sutkada yayımlanan verilişlərin 20 faizini reklamlar təşkil edirdisə, indi həmin vəziyyət saxlanılır, amma 1 saatda 12 dəqiqədən artıq reklam yayımlanması qadağan edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə