Previous Next
Bağla

Texnologiya nəhəngləri gəlirlərini ən çox hansı xidmətlərdən qazanırlar?

05-04-2019 18:52
Texnologiya nəhəngləri gəlirlərini ən çox hansı xidmətlərdən qazanırlar?

Visual Capitalist saytı texnologiya nəhənglərinin hansı məhsul və ya xidmətdən nə qədər gəlir əldə etdiyini qrafiki göstəricilərlə yayımlayıb.

Xeberer.az  bildirir ki, Apple, Amazon, Facebook, Alphabet (Google) və Microsoft şirkətləri hər il cəmi 800 milyard dollar gəlir əldə edir.

Aşağıdakı qrafikdə göstərilir ki, Apple şirkətinin gəlir mənbəyinin yarıdan çoxu (62.85%) iPhone smartfonlarının payına düşür. Mac məhsullar seriyası gəlirin 9.6% - n təşkil etdiyi halda, iPad planşetləri bölgünün 7.1%-ni əhatə edir. Cəmi 265 milyard dollar gəlirin 37.2 milyard dollarlıq hissəsi isə Apple Music, Apple Pay və Apple Tv rəqəmsal xidmətlərdən əldə edilir.

Amazon isə gəlirlərinin böyük əksəriyyətini onlayn mağazasından qazanır. Ancaq aradırmanı aparan sayt Amazon – un ən sürətlə böyüyən şöbəsinin fiziki mağazaları olduğunu xüsusilə vurğulayır. Fiziki mağazalar 17.2 milyard dollar ilə ümumi gəlirin 7.4% - ni təşkil edərkən, Amazon Web Services – in 2018 – ci ildə 25.7 milyard dollar gəlir gətirdiyi bildirilir.

Tərkibinə Google və Google xidmətlərinin daxil olduğu Alphabet şirkətinin isə 2018 – ci ildəki ümumi gəliri 136.8 milyard dollar səviyyəsində qeydə alınmışdır. Gəlirinin 79% -lik hissəsini ABŞ və Avropa, Orta Şərq və Afrika bazarından əldə edən şirkət Google, Youtube və Google Play kimi məhsullarda göstərdiyi reklam və tövsiyələr sayəsində 96.3 milyard dollar qazanır. Google Ads isə şirkətin yükun gəlirinin 14.6% - n təşkil edir.

Texnologiya nəhəngləri içərisində gəlir kanalları ən müxtəlif olan şirkət Microsoft–dur. Belə ki, şirkət Azure bulud xidmətlərindən 26.1 milyard dollar gəlir əldə edərkən, Windows əməliyyat sistemi vasitəsilə 19.5 milyard dollar, Xbox və digər oyun xidmətlərindən 10.4 milyard dollar gəlir əldə edir. Bing axtarış sistemindən 7 miyard dollar və LinkedIn sosial şəbəkəsindən isə 5.3 milyard dollar qazanan Microsoft 25.7%, yəni 28.3 milyard dollar ilə ən böyük gəliri Office –dən qazanır.

Gəlir mənbəyi ən yaxşı başa düşülən isə Facebook şirkətidir. 2018 – ci ildə 55.8 milyard dollar qazanan Facebook şirkətinin gəlirlərinin 98.5% -nin FacebookAds sayəsində əldə edilir. Facebook reklam sahəsindəki gəlirinin yarısını ABŞ, digər yarısını isə Avropa və Asiya - Sakit Okean bölgələrindən əldə edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

Dünyanın ən böyük texnologiya şirkətləri necə qazanır?

22-05-2017

Apple-dan növbəti rekord

02-08-2017

Dünyanın ən bahalı şirkətləri- Reytinq

15-02-2018

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011

Apple 61 milyon iPhone satıb

28-04-2015

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

27-10-2013

Amazon Facebook-u geridə qoydu

02-08-2016

Dünyanın ən bahalı İT şirkətləri-Reytinq

29-05-2017

Facebook reklamdan nə qədər qazanır?

12-04-2011

İKT sahəsində ən uğurlu sahibkarların reytinqi dərc edilib

06-08-2015

Apple 78 milyondan çox iPhone satıb

01-02-2017

Dünyanın ən bahalı brendi

09-11-2013

“Apple” dünyanın ən qiymətli brendi elan olunub

22-01-2025

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009

Google Apple-a 1 milyard dollar niyə ödəyib?

22-01-2016

"Google" bu ilin birinci rübündə nə qədər gəlir əldə edib?

15-04-2011

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026

Apple-ın dəyəri 600 milyard dolları ötdü

11-04-2012

Dünyanın ən bahalı şirkəti hansıdır?

12-05-2016

Facebook-da istifadəçi sayı 2 milyarda çatır

04-05-2017

Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb

27-07-2015

“Meta”nın gəliri 28,6 milyard dollar artıb

27-04-2023

Zuckerberg Facebook-un hissələrini satır

25-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə