Dünyanın ən böyük texnologiya şirkətlərinin böyük gəlirlərə sahib olduğu hamımıza məlumdur. Lakin bu gəlirlərin konkret olaraq hansı sahələrdən gəldiyi ilə bağlı dəqiq məlumatımız yoxdur.
Yalnız 5 nəhəng Amerika şirkətinin 2.9 trilyon dollarlıq bir dəyərinin olması diqqət çəkir. Bu şirkətlərin 2016-ci ildə əldə etdikləri gəlir 555 milyard dollar və mənfəətləri 94 milyard dollardır.
Bəs onlar bu pulları necə, haradan qazanır?
Xeberler.az-ın məlumatına görə, Visual Capitalist bu sualın cavablarını açıqlayıb.
Apple
Yalnız texnologiya sahəsinin deyil, dünyanın da ən böyük şirkəti olan Apple 2016-ci ilin məlumatlarına görə, 804 milyard dollarlıq bir bazar dəyərinə sahibdir. 2016-ci ildə gəliri 216 milyard dollar olan Apple-ın bu gəlirlərdən əldə etdiyi ümumi mənfəət isə 46 milyard dollardır.
Bir çox adam üçün uzun illər "Apple -kompüter istehsalçısı" olaraq qalmış olsa da, artrıq “Apple-iPhone” deməyə çox az bir zaman qalıb. Belə ki, 2016-ci ildə Apple gəlirlərinin 63 faizini iPhone satışlarından əldə edib. Bununla da "Apple hər şeyi daha çox iPhone sata bilmək üçün edir” iddiası da artıq real olmağa başlayır.
Alphabet (Google ailəsi)
"Dünyanın axtarış mühərriki" Google 2016-ci ilin məlumatlarına görə, 651 milyard dollarlıq bir dəyərə sahibdir. 2016-ci ilin gəliri 90 milyard dollar olan Google-un bu gəlirlərdən əldə etdiyi mənfəət isə 19 milyard dollardır.
2016-ci ilin məlumatlarına görə, Google-un qazandığı 90 milyard dolların 88 faizi reklam satışlarından gəlib. Qeyd edək ki, bu reklamlara YouTube üzərindən olanlar da daxildir.
Microsoft
2016-ci ilin məlumatlarına görə, Microsoft 536 milyard dollarlıq bir dəyərə sahibdir. Yalnız 2016-ci ildə gəliri 85 milyard dollar olan Microsoft-un bu gəlirlərdən əldə etdiyi mənfəət isə 17 milyard dollardır.
Bir çoxları əməliyyat sisteminin pulunu onsuz da kompüter qiymətlərinə əlavə edildiyini düşünürək şirkətin bu gəlirləri dəqiq olaraq əməliyyat sistemindən qazandığını hesabe edir. Lakin qrafikdə də göründüyü kimi, Microsoft-un bir çox əhəmiyyətli gəlir yeri var. Belə ki, şirkətə ən çox gəlir gətirən Office-dir. Hətta Microsoft-da diqqət çəkən başqa bir detay isə Apple və Google-un əksinə gəlirlərini balanslı dağıtmasıdır.
Amazon
Mənfəət, gəlir nisbəti ən aşağı şirkətlərdən olan Amazon 2016-ci ilin məlumatlarına görə, 455 milyard dollarlıq bir dəyərə sahibdir. Yalnız 2016-da gəliri 136 milyard dollar olan Amazon-un bu gəlirlərdən əldə etdiyi mənfəət isə 2 milyard dollardır.
Hər nə qədər Facebook-un reklam satışında çətinlik çəkdiyini dair xəbərlər yayımlanmağa davam etsə də, Facebook üçün bu, olduqca yaxşı dəyər təmin edir. Belə ki, 2016-ci ilin məlumatlarına görə, Facebook 434 milyard dollarlıq bir dəyərə sahibdir. Yalnız 2016-ci ilin gəliri 28 milyard dollar olan Facebook-un bu gəlirlərdən əldə etdiyi mənfəət isə 10 milyarddır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri