Previous Next
Bağla

Texnopark direktoru beynəlxalq təlim proqramında iştirak edəcək

29-12-2015 15:45
Texnopark  direktoru  beynəlxalq təlim  proqramında iştirak edəcək

Qafqaz Universiteti Texnoparkının ( QU texnopark)  direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation")  beynəlxalq proqramlarda iştirak edəcək.

“İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  təlim proqramı  yanvarın 4-dən fevralın 12 –dək baş tutacaq.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, proqram Hindistanın Ahmadabad şəhərində fəaliyyət göstərən  Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (Entrepreneurship Development Institute of India (EDII)), eləcə də Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore -  fəaliyyət göstərən şirkətlər, iş mərkəzləri, texnoparklar və müvafiq müəssisələrdə həyata keçiriləcək.

6 həftə ərzində davam edəcək proqramın ilk 4 həftəsi əsasən təlim və ya seminarlar formasında, sonuncu 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində olacaq.

  “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” təlim proqramı Hindistan Respublikası Xarixi İşlər Nazirliyinin təşkil etdiyi və maliyələşdirdiyi proqramdır.

 Proqrama müxtəlif ölkələrdən müsabiqə yolu ilə iştirakçılar seçilir.

Qeyd edək ki, bu dəfəki proqrama Azərbaycandan yalnız  QU texnopark-ın direktoru İsa Qasımov seçilib.

  Qeyd edək ki, innovasiyaların inkişaf etdirilməsində Hindistan son onilliklərdə dünyada xüsusi mövqe qazana bilib. Xüsusilə, informasiya texnologiyalarının inkişaf etdirilməsində Hindistanda özünəməxsus inkişaf mövcuddur. Yuxarıda bəhs edilən təlim proqramını həyata keçiriləməsini üzərinə götürmüş Hindistan Sahibkarlığın İnkişafı İnstitutu isə bu sahədə əhəmiyyətli uğurlara imza ataraq, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnsan Resurslarının İnkişafı üzrə araşdırma və təlim üçün İnkişaf  Mərkəzləri şəbəkəsinin üzvü seçilib.

  “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” təlim proqramında iştirak haqqı qazanmış İsa Qasımov Xeberler.az-a  bu proqramı həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də innovasiyaların, eləcə də innovasiya sahibkarlığın inkişaf etdirilməsində mühüm amil sayılan beynəlxalq işgüzar çevrənin formalaşdırılması baxımından yüksək qiymətləndirib.

O bildirib ki, regionun ən böyük İT şirkətlərindən sayılan KoçSistem-in QU texnoparkda qurduğu tədqiqat mərkəzi ilə birgə fəaliyyətlərindən  böyük şirkətlərlə yanaşı, kiçik və orta sahibkarlığın inkişafına dəstəklərin artırılması üzərində də işləyəcəklər.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi  fəaliyyət göstərir

Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi fəaliyyət göstərir

01-02-2016
“Hindistan innovativ modelinin öyrənilməsi Azərbaycan üçün faydalı olacaq”

“Hindistan innovativ modelinin öyrənilməsi Azərbaycan üçün faydalı olacaq”

11-01-2016
Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019
EnterpriseAzerbaijan portalı və Britaniya Şurası “Təlimçiyə Təlim” keçirib

EnterpriseAzerbaijan portalı və Britaniya Şurası “Təlimçiyə Təlim” keçirib

18-02-2020
Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə - İşlər Aparılır

Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə - İşlər Aparılır

09-01-2021
“Hindlilər  innovasiyalara çıxış yolları kimi baxır”- Müsahibə

“Hindlilər innovasiyalara çıxış yolları kimi baxır”- Müsahibə

04-03-2016
Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

20-07-2022
Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olunub

Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olunub

22-11-2022
BDU-da “Startap ekosisteminə giriş” mövzusunda təlim keçirilib

BDU-da “Startap ekosisteminə giriş” mövzusunda təlim keçirilib

17-10-2025
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

13-06-2026
İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016
"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

26-01-2023
Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018
Təhsil sistemində İT-nin tətbiqi üçün tədbirlər planı hazırlanıb

Təhsil sistemində İT-nin tətbiqi üçün tədbirlər planı hazırlanıb

01-09-2015
İnnovasiyalar Agentliyinin əməkdaşları KOICA təlimində iştirak edəcək

İnnovasiyalar Agentliyinin əməkdaşları KOICA təlimində iştirak edəcək

11-09-2019
Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

16-03-2017
Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019
Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024
KOBİA və BP əməkdaşlığa başlayır

KOBİA və BP əməkdaşlığa başlayır

13-03-2023
Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir   

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə