Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi fəaliyyət göstərir

01-02-2016 / 12:50

Məlumat verdiyimiz kimi, hazırda Qafqaz Universitetinin (Qutexnopark) direktoru İsa Qasımov Hindistanda ezamiyyətdədir.

İsa Qasımov Hindistanla bağlı təəsssüratlarını Xeberler.az-la bölüşüb.

İsa Qasımovun sözlərinə görə, əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görürlər.

 Onun təəsssüratlarına görə, Hindistan höküməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan höküməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hər tərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, eləcə də sosial sahibkarlığın inkişafına xüsusi diqqət yetirirlər. Hindistan höküməti bu sahənin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təşviqedici yanaşmaları ilə biznes dünyasının və ictimaiyyətin marağını bu sahəyə cəlb edir.

 Hindistan innovasiya sahibkarlğinin böyümə sürətinə görə dünyada 3-cüdür.

 Hələ keçən əsrin sonlarından sahibkarlığın inkişafına əhəmiyyət verməyə başlayan Hindistan höküməti, hazırda innovasiya sahibkarlığının inkişafını təmin etmək üçün, ölkədə bu sahəni dəstəkləyən mədədniyyətin formalaşması üçün işlər görür. "Yaşıl Hindistan" (Green India), "Təmiz Hindistan" (Clean India), "StartUp Village India" (Startap Kənd Hindistan), "StartUp India"(Satartap Hindistan) və sair kimi ölkə səviyyəsində böyük proqramlarla Hindistan höküməti əhali arasında biznes və sosial təşəbbüskarlığı inkişaf etdirir.

 Hindistanda innovasiya sahibkarlığının inkişaf etdirilməsi üçün dəstəkləyici və təşviqedici qanunvericiliklə təmin olunmaqla yanaşı, gərəkli olan infrasturktur  imkanların təmin olunması da diqqət mərkəzindədir. Məsələn, Hindistanın Əhmədabad  şəhəri yaxınlığında yeni inşa edilən "Texno-City" adlı nəhəng  layihənin ilk işi möhtəşəm texnopark binalarının tikilib istifadəyə verilməsi ilə başlayıb.

 İnsanlar innovasiya sahibkarlığının inkişafı ilə ölkənin ümumi inkişafını sıx əlaqələndirirlər. Hətta, müvafiq qurumlar sahibkarlığın inkişafı proqramlarının nəticələrini göstəricilərlə nümayiş etdirərək, höküməti bu sahədə daha aktiv olmağa dəvət edirlər. Bəzi tədqiqatçılar isə, innovasiya sahibkarlığının inkişafını Hindistanda sosial-iqtisadi inkişaf üçün ən uyğun yanaşma olduğunu vurğulayırlar.

  İnkubasiya mərkəzləri və texnoparklar

  Qeyd edək ki, bu kimi işlərin, xüsusi ilə yeni sahibkarlıq təşəbbüslərinin  uğurlu olması üçün Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi və onlarla böyük həcmli texnoparklar fəaliyyət göstərir. Bu İnkubasiya Mərkəzləri və texnoparkların əksəriyyəti dövlət tərəfindən qurulmuş olsa da, hazırda özəl sektora aid mərkəzlərin fəaliyyəti də mövcuddur. Burada başlıca məqamlardan biri hesab olunan investiya mənbələrinin təmin olunmasıdır ki, bu da Hindistanda yetərincə formalaşıb. Belə ki, istər bəzi təhsil müəssisələri, istər inkubasiya mərkəzləri, istərsə də texnoparklar özəl sektorla səmərəli əməkdaşlıq formalaşdıra biliblər. Buna dövlətin təşviqedici yanaşmaları ilə birgə, şirkətlərin, o cümlədən sənaye müəssislərinin problemlərinin həllində inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyətində faydalı təkliflərinin olması da təsir edir. İstər böyümə imkanlarının təmin olunması, istərsə də yeni şirkətlərin (və ya ortaqlıqların) qurulmasında inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyəti müsbət nəticələr verir.

  Hindistanlı tədqiqatçı K.K. Shaw`ın "Biznes İnnovasiyaları təşviqi üçün Texnoloji Əlaqələr" mövzusunda seminarında qeyd etdiyi kimi, İnkubasiya Mərkəzləri iş fikirlərinin prototipə hamilə qala biləcəyi bir məkanlardır.

 Proqram əsasında bəzi İnkubasiya Mərkəzləri ilə tanış olduq. Hindistanda İnkubasiya Mərkəzi regional inkişafda xüsusi rol oynayır. Böyük həcmli texnoparklarda isə, elmi əsaslı araşdırma işlərinə, xüsusi ilə də ixrac potensialının inkişafına xidmət edən araşdırma işlərinə üstünlük verilir. Məsələn, Əhmədabad yaxınlığında fəaliyyət göstərən onlarla İnkubasiya Mərkəzindən biri "MİCA" İnkubasiay Mərkəzi (https://www.mica.ac.in/) regional inkişafda böyük rol oynadığı halda, Hindistanın cənubunda yerləşən Trivandurum şəhərində fəaliyyət gösərən "Trivandurum Texnoparkı" (http://www.technopark.org/) əsasən informasiya texnologiyaları sahəsi üzrə araşdırma və ya innovasiya fəaliyyətlərinə üstünlük verir. Texnopark səlahiyyətlisinin verdiyi məlumata görə, burada, müxtəlif şirkətlərin fəaliyyəti ilə yanaşı, hazırda 3000 startup inkişafı dəstəklənir.

İntelektual mülkiyyətin inkişafı

 Hindistan höküməti biznes dünyası, eləcə də ictimaiyyət arasında intelektual müəlkiyyətin inkişafı üçün təşviqedici addımlar atır. Bu məqsədlə daxili bazarın imkanlarını da dəyərləndirməyə çalışırlar. Qeyd etməliyik ki, Hindistanın daxili bazarı xeyli güclüdür. Bu isə yerli startapların inkişafına zəmin verən amillərdəndir. Ümumiyyətlə, lokal problemlərin həllinə imkan verən, kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görə biliblər. Müşahidələrimdə diqqətimi çəkən ən önəmli məqamlardan biri də, burada az imkanlarla çox iş görə bilmələridir.    

       

 İnnovasiya sahibkarlığının inkişafı ölkədə intelektual mülkiyyətin inkişafında mühüm rol oynayır. İntelektual mülkiyyətin artması işi isə, Hindistanda sürətlə getdiyini qeyd edə bilərik. Belə vəziyyət isə, sənayenin aparıcı sahələri ilə yanaşı, digər (inşaat-infrastruktur, xidmət və s.) sahələrin də inkişafına zəmin verir. Nəzərə alsaq ki, hazırda dünyada informasiya cəmiyyətinə keçişlə bağlı ciddi yarış gedir, Hindistanın bu sahədəki təcrübəsi və dinamikası ölkə üçün müsbət nəticələr verəcəyi gözlənilən olduğunu qeyd edə bilərik.

Xatırladaq ki, Qafqaz Universiteti QuTexnoparkın müdiri dr. İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation")  beynəlxalq proqramlarda iştirak etmək üçün Hindistanda ezamiyyətdədir. Yanvarın 4 yanvar- 12 fevral tarixlərində 20 keçirilən “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  təlim proqramı Hindistanın Ahmadabad şəhərində fəaliyyət göstrərən  Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (Entrepreneurship Development Institute of India (EDII)), eləcə də Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore -  fəaliyyət göstərən şirkətlər, iş mərkəzləri, texnoparklar və müvafiq müəssisələrdə həyata keçirilir. 6 həftə ərzində davam edəcək Proqramın ilk 4 həftəsi əsasən trening və ya seminarlar formasında, 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində həyata keçirilir.

Proqram iştirakçıları təlimlərlə yanaşı, Hindistanın gəzməli, görməli yerləri, eləcə də Hindistanın yerli mədədniyyəti ilə də tanış edilir.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə