Previous Next
Bağla

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015 11:14
Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

ƏƏSMN-nin daha iki Tibbi-Sosial Ekspert Komissiyası üçün müasir iş şəraiti istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin davamı olaraq Qazax və Ağstafa rayonları üzrə 27 saylı, Şəmkir və Gədəbəy rayonları üzrə 29 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, əvvəllərdə TSEK-lər daimi inzibati binaları olmadığına görə ayrı-ayrı yerlərdə, müxtəlif təşkilatlara məxsus binalarda, uyğun olmayan şəraitdə yerləşirdilər və tibbi-sosial ekspertizanın aparılması üçün müasir avadanlıqlara da malik deyildilər.

Ötən ilin ortalarından artıq bu çətinliklər aradan qaldırılır və nazirliyin 38 TSEK-indən artıq 30-a yaxını yeni inzibati binalarda müasir iş şəraiti və ekspertiza avadanlıqları ilə təmin edilib.

Belə şərait təbii ki, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərməyə, əlillik müayinələrinin normal şəkildə aparılmasına imkan verir. Qısa müddətdə digər TSEK-lərdə də belə şərait yaradılacaq.

Tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərə gəlincə, tətbiq olunan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaradıb.

Bu da əlillik müayinəsinin aparılması ilə bağlı vətəndaşla məmur arasında təmasların xeyli azalmasını, tibbi-sosial ekspertiza xidmətində müasir iş üsullarının formalaşmasını şərtləndirir. 

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017

Nazirliyin Çağrı mərkəzi 9 min müraciəti cavablandırıb

02-09-2015

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq müsabiqənin qalibi olub

24-12-2024

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012

Nazirliyin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı azalıb

04-06-2015

“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb

16-12-2024

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

25-04-2022

“Çağrı mərkəzi”nə 24 min müraciət daxil olub

03-04-2015

“Reabilitasiya” elektron sistemi yaxın vaxtlarda itifadəyə veriləcək

30-05-2020

Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

17-01-2016

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb

03-08-2015

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015

Nazirliyə e-xidmətlərlə bağlı mindən çox müraciət daxil olub

04-12-2015

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mükafata layiq görülüb

03-03-2025

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə