Previous Next
Bağla

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015 11:40
Yeni elektron xidmət istifadəyə verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər. İstifadəçilər “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək imkanlarına malikdirlər.

“Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti ölkəmizdə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.

Hazırda TSEK-lər tərəfindən əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Mövcud informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyatı qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətinin formalaşdırılmasına da şərait yaradıb.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əlillik müayinəsinin nəticəsini  telefonla öyrənəcəksiniz

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016
Portala yeni elektron xidmət inteqrasiya olunub

Portala yeni elektron xidmət inteqrasiya olunub

17-11-2015
Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

17-01-2016
“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016
Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015
Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015
Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015
Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015
Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015
Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015
“Reabilitasiya” elektron sistemi yaxın vaxtlarda itifadəyə veriləcək

“Reabilitasiya” elektron sistemi yaxın vaxtlarda itifadəyə veriləcək

30-05-2020
107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015
 Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015
Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016
Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

25-04-2022
Nazirliyin  e-xidmətlərindən istifadə sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015
Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə