Previous Next
Bağla

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015 16:04
Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

Ölkə başçısının “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanının icrası ilə əlaqədar görüləcək işlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) mətbuat konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son illərdə əlillik təyinatlarının avtomatlaşdırılması işlərinə də başlandığını, yeni elektron informasiya sisteminin əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.

O bildirib ki, Fərman Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır.

Nazir vurğulayıb ki, bu sənədlə qarşıya qoyulan vəzifələrdən biri kimi, ƏƏSMN-in mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılacaq. Fərmana əsasən, nazirlik üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə edəcək.
 
 Həmçinin vətəndaşların müraciətləri, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron şəkildə real vaxt rejimində TSERAS-a ötürüləcək. Digər tərəfdən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları əldə edə bilmələri üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışı təmin olunacaq”.
 
 
Nazir Fərmana uyğun olaraq, səhiyyə, habelə rabitə və yüksək texnologiyalar nazirliklərinin də müvafiq işləri yerinə yetirəcəklərini diqqətə çatdırıb:

“Sənəddə Səhiyyə Nazirliyi tərəfindən iki ay müddətində şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və ƏƏSMN-in “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi nəzərdə tutulur. Bu göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə edilə bilməsi üçün Səhiyyə Nazirliyi müvafiq informasiya-proqram resurslarını “Elektron hökumət” portalına əlavə edəcək".

Onun sözlərinə görə, həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına isə tapşırılır ki, həmin göndərişləri rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil etsinlər:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını, müvafiq dövlət qurumlarına onlardan istifadə edə bilmək imkanının yaradılmasını, habelə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcək”.

 
Səlim Müslümov bildirib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olduğunu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırdığını göstərir:
 
 “Fərman bu sahədə çox uğurlu islahata şərait yaradır. Belə ki, fərmana əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcək. Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq”. 
 
 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025

Sosial yardım alanlar elektron müraciət edə biləcəklər

24-02-2015

Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması davam etdirilir”

28-05-2015

ƏƏSMN-nin informasiya sistemində yeni elektron xidmətlər yaradılıb

16-04-2019

Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

17-01-2016

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

02-07-2015

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə