Previous Next
Bağla

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016 13:46
Əlillik müayinəsinin nəticəsini  telefonla öyrənəcəksiniz

Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a  verilən xəbərə görə, belə ki, nazirlik tərəfindən bu istiqamətdə növbəti tədbir kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə daha sadə və asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb.

Artıq vətəndaşlar onların əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142-Çağrı mərkəzi vasitəsilə də məlumat əldə edə bilərlər. Bunun üçün texniki prosedur vətəndaşların asan və rahat istifadə edə bilmələri üçün sadə şəkildə qurulub. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş "Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.

Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlilllik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.

"Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək, elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət sisteminin təkmilləşdirilməsi yönündə tədbirlər bundan sonra da davam etdiriləcək.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

17-01-2016
Yeni elektron xidmət istifadəyə verilib

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015
“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

“Kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb”- Müsahibə

02-03-2016
Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

04-10-2016
Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017
Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017
Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015
Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015
Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018
Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017
Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017
Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015
Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018
Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016
Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012
Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016
Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018
Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024
Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

02-07-2015
Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019
Portala yeni elektron xidmət inteqrasiya olunub

Portala yeni elektron xidmət inteqrasiya olunub

17-11-2015
Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019
Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə