Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə regional biznes-forumun işində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini Əli Babacanı qəbul edib.
Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, qəbul zamanı Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan Baş nazir Artur Rasi-zadə ənənəvi doğma münasibətlərimizin müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Daha sonra qarşılıqlı faydalı əsaslarda siyasi, iqtisadi, mədəni bağların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan Baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət və digər sahələrdə işbirliyimizin çox böyük səmərəli nəticələr verdiyinə diqqət yönəldib.
Öz növbəsində Əli Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq bağlarının mövcudluğunu vurğulayıb.
O, müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından qarşıda çox böyük imkanlar vardır.
Sonra Əli Babacan G-20 platforması çərçivəsində Bakıda keçirilən regional biznes-forumda müzakirə ediləcək məsələlər barədə Baş nazirə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları