Türkiyənin daha bir kanalı “Azerspace-1” peyki üzərindən yayımlanacaq

01-05-2015 / 15:12

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Doktor” TV arasında kanalın yayımına dair müqavilə imzalanıb.

ASC-dən Xəbərlər-ə verilən məlumata görə, müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı “Doktor” TV, artıq  “Azerspace-1”  peyki üzərindən yayıma keçəcək. Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı  mövzusunda olan verilişlər nümayiş olunur. 
 
Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal  “Doktor” TV kanalı mayın 1-dən  11015/H/30000 tezliyi ilə yayımlanır. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə