Ukraynaya “.ukr” milli domeni ayrılıb

04-03-2011 / 03:06
İnternet ünvanların və adların verilməsi ilə məşğul olan beynəlxalq ICANN təşkilatı Ukrayna üçün milli “.ukr” kiril domeninin ayrılması haqqında qərar qəbul edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna hökumətində hesab edirlər ki, bu qərar ölkədə informasiya cəmiyyətinin qurulması baxımdan önəmli addımdır.


Bundan sonra informasiya resursları daha əlçatan olacaq. Çünki burada artıq Ukrayna dillindən istifadə etmək mümkündür. 

Elm, innovasiya və informasiya məsələləri üzrə dövlət agentliyinin rəhbəri Vladimir Semijenko bu xəbəri “internet-cəmiyyətdə dünya miqyaslı bir hadisə” adlandırıb. Bununla belə, Vladimir Semijonkonun sözlərinə görə, milli domenə keçid üçün texniki infrastruktur müvafiq hazırlıq səviyyəsinə gətirilməlidir. Bu məsələ ilə isə 2003-cü ildə yaradılmış Ukrayna şəbəkə informasiya mərkəzinin Əlaqələndirilmə Şurası məşğul olacaq. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə