Previous Next
Bağla

"Ümid edirəm Bakıda keçiriləcək “ICPC” müsabiqəsini yüksək səviyyədə təşkil edə biləcəyik"

14-02-2025 14:50
"Ümid edirəm Bakıda keçiriləcək “ICPC” müsabiqəsini yüksək səviyyədə təşkil edə biləcəyik"
Cari ilin 31 avqust tarixində Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu Dünya Finalı Bakıda keçiriləcək.
 
Xeberler.az bildirir ki, Beynəlxalq Olimpiadanın Bakıda keçirilməsilə bağlı qərar ADA Universiteti və “ICPC Foundation” arasındakı müzakirələrin nəticəsi olaraq qəbul edilib. ADA Universitetinin ev sahibliyilə keçiriləcək Beynəlxlaq Olimpiadanın əsas tərəfdaşı Mərkəzi Bankdır.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert qeyd edib ki, ADA Universitetinin və Mərkəzi Bankın dünyanın ən nüfuzlu beynəlxalq alqoritmik yarışmasının ölkəmizdə təşkili istiqamətindəki səyləri çox təqdirəlayiqdir:
 
"Xatırladıram ki, həm məktəblilərin Beynəlxalq İnfromatika Olimpiadası (IOI), həmdə ICPC Olimpiadası dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunur.
 
Dünyani ən nüfuzlu universitetləri, dünyanın ən öndə gedən şirkətləri bu yarışmanın nəticələrini izləyirlər və onların qaliblərini ələ keçirmək üçün bütün addımları atmağa hazır olurlar.
 
Adətən universitetlərin yarışmasının dünya finalında 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edir. Dəvət olunan ölkələrin sayını da nəzərə alsaq yayda Bakıda 70-80 ölkədən nümayəndələrin iştirakınıı gözləmək olar.
 
Dünyanın müxtəlif regionlarında hələlik cari ilin yarımfinal yarışmaları başa çatmadığından iştirakçı ölkələrin siyahıları tam formalaşmayıb".
 
Osman Gündüz qeyd edib ki, Azərbaycan 2005-ci ildən etibarən ICPC yarışmalarında iştirak edir:
 
"2024-cü ilin dekabrında 49-cu İCPC üzrə yarımfinal yarışması Avrasiya regionunda (NERC) Azərbaycanın təmsil olunduğu Cənubi Qafqaz region üzrə Gürcüstanın Tbilisi şəhərində keçirilib. Azərbaycandan 17 universitetin 25 komandası iştirak edib. Təşkilatçılar hələlik yarıfinalın qaliblərinin siyahısını dərc etməyiblər.
 
Xatırlayıram ki, 2023-cü ildə fərdi müsabiqədə ADA universitetinin tələbəsi regionda birinci yerə çıxmışdı. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilmiş İCPC finalında uğurla çıxış edib, komanda medal qazana bilməsə də, fərqləndirici yer tutub.
 
Təşkilatçı ölkə və universitet olaraq ADA Universitetinin komandasının bu il keçiriləcək finalda iştirak hüququ var.
 
Komandalar bu il Elm və Təhsil Nazirliyi, İRİA, BMU və ADA–nın dəstəyilə yarışmalara hazırlaşmışdı.
 
Əvvəllər də bu haqda deyilib, müəyyən uğurlar olsa da, hazırda bizim Universitetlərin bu istiqamətdəki nəticələri potensial imkanlarımzıa uyğun deyil. Universitetlərə dəstək göstərilməlidir. Universitet daxili, universitetlər arası yarışmalar, Respublika olimpiadası, bu müsabiqələrə hazırlıqlar sistemli olmalıdır, buna hazırlıqla bağlı universitetlərdə xüsusi mərkəzlər formalaşdırılmalıdır. İRİA bu istiqamətdə səylərini gücləndirməlidir".
 
Ekspertin sözlərinə görə, son illərdə məktəblərdə informatikaya diqqətin artırılması artıq müəyyən müsbət nəticələr də verməyə başlayıb. İnformatikanın uzun illər imtahan prosesindən kənarda saxlanılamsı bu sahənin irəliləməsinə xeyli ziyan vurması da göz önündədir:
 
"Düşünürəm ki, bu nüfuzlu beynəlxaq tədbirə ciddi hazırlaşmaq, bu istiqamətdə səyləri gücləndirmək vacibdir. Universitetlərimiz bu beynəlxalq yarışmanın Bakıda keçirilməsindən faydalanmağa diqqət yetirməlidir.
 
İT yönümlü universitetlərdə həmin ərəfədə müxtəlif tədbirlərin, görüşlərin təşkil çox faydalı olardı.
 
Yeri gəlmişkən, adətən Ermənistan universitetlərinin tələbələri bu yarışmaların yarımfinalında medal qazanırlar. Onların da Bakıda keçiriləcək final mərhələsində iştirakı gözləniləndir.
 
Ümid edirəm bu il Bakıda keçiriləcək tələbələrin dünya proqramlaşdırma olimpiadasını yüksək səviyyədə təşkil edə biləcəyik".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Samir Məmmədov: ICPC Finalı dünyanın ən parlaq gənc beyinlərinin görüş nöqtəsidir

01-09-2025

ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

29-08-2025

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi keçiriləcək

08-11-2019

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin açılış mərasimi olub

02-09-2025

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

ADA ICPC-nin aparıcı iştirakçı universitetləri sırasına daxil olub

04-09-2025

Ekspert: Ermənistan İCPC2025 Dünya Finalına qatılmayıb

01-09-2025

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

Hafiz Paşayev: Azərbaycan texnoloji inkişaf istiqamətində fəal addımlar atır

01-09-2025

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə