“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib

03-11-2025 / 10:15

“AzInTelecom” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində ağacəkmə aksiyası keçirib.

Xeberler.az bildirir ki, Vətən Müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr edilmiş aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib. Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisində ümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarma işi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmiş ərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığı bərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə vermək olub.

Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qayıdış könüllüləri”nin dəstəyi ilə həyata keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə