MMT-nin Baş katibi Pan Qi Mun bildirib ki, elm, texnologiyalar və innovasiyalar ölkələrə həyatın bütün sahələrində (kənd təsərrüfatı, nəqliyyat, tibb, ekologiya) davamlı inkişafın yeni səviyyəsinə keçməyə kömək edir.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçirilmiş xüsusi forumda çıxış etmiş Pan Qi Mun deyib ki, innovasiyalar, texnologiyalar və elmin tərəqqisi davamlı inkişafın 17 məqsədindən biri kimi müəyyənləşdirilib, Elmi kəşflər davamlı inkişafın bütün məqsədlərinə nail olmaq üçün son dərəcə vacibdir.
"Qarşıdakı 15 ildə elm, texnologiyalar və innovasiyalar sahəsində tərəqqi davamlı inkişafda bütün məqsədlərə (yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatının yüksəlişi, enerji, su, sanitariya problemi, iqlim dəyişikliyinin həlli) nail olmaq üçün mühüm rol oynayacaq" – Pan Qi Mun deyib.
O, bütün dövlətləri əməkdaşlıq məqsədilə bilik və informasiya mübadiləsinə səsləyib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri