Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin və gənc mütəxəssislərin innovativ ideyalarını dəstəkləmək məqsədilə “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb. Müsabiqə Regional Universitet–Sənaye Birliyi Sammiti (RUSB 2025 - Careerhub) çərçivəsində keçiriləcək.
Xeberler.az bildirir ki, bu barədə MDU-dan məlumat verilib. “Regiondan qlobala” konsepti ilə keçiriləcək sammit MDU, “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən oktyabrın 24-də Mingəçevirdə təşkil ediləcək. Tədbir universitet-sənaye əməkdaşlığını gücləndirmək, gənclərə iş və təcrübə imkanları təqdim etmək məqsədi daşıyır. Sammitdə 100-dən çox şirkət və dövlət qurumunun, ümumilikdə isə 10 mindən nümayəndənin iştirakı gözlənilir.
Müsabiqənin əsas məqsədi universitet daxilində startap ekosistemini gücləndirmək, tələbələrin ideyalarını inkişaf etdirmək və onları sənaye nümayəndələri ilə bir araya gətirməkdir. İştirakçılar innovativ layihələrini yarımfinal və final mərhələlərində təqdim edəcəklər.
Müsabiqədə yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları iştirak edə bilər. Komandaların tərkibi 2–5 nəfərdən ibarət olmalıdır.
İdeyalar süni intellekt, robototexnika, aqrar texnologiyalar, yaşıl enerji, proqramlaşdırma və IT həlləri, kibertəhlükəsizlik, təhsil texnologiyaları, “FinTech” və digər istiqamətləri əhatə etməlidir. Müsabiqə qeydiyyat və ideya təqdimatı, peşəkar mentor dəstəyi və “Final Pitch Day” mərhələlərindən ibarətdir. “Final Pitch Day” mərhələsi RUSB Sammiti çərçivəsində oktyabrın 24-də keçiriləcək.
Layihələr münsiflər heyəti tərəfindən təqdimat bacarığı, aktuallıq, məhsulun unikal xüsusiyyətləri, komanda potensialı və bazar araşdırmasına görə qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Qeydiyyat oktyabrın 10-dək aparılacaq.
Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93 | [email protected]
Ətraflı məlumat və qeydiyyat: mdu.edu.az/unistartup
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları