Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi Universitetinə ezam olunan AzTU-nun magistr, doktorant və əməkdaşlarından ibarət heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib.
Xeberler.az bildirir ki, görüşdə Qazi Universitetinin rektoru Musa Yıldız, universitetin professor və müəllimləri, həmçinin MDU-nun heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız iştirakçılara uğurlar arzu edib, Azərbaycan universitetləri ilə əməkdaşlıqların bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, 2 ay müddətində təcrübə keçmək imkanı verən AzTU-nun “Tədqiqat-Təcrübə Proqramı” çərçivəsində 1 mart 2022-ci il tarixində 18 nəfərlik 1-ci qrup, 5 may 2022-ci il tarixində isə 14 nəfərlik 2-ci qrup Türkiyənin tanınmış universitetlərinə ezam olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri