Previous Next
Bağla

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020 18:02
Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

“Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2020-ci ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Belə ki, ölkədə COVID-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində karantin rejimi elan olunmasına baxmayaraq, xidmət bir gün də olsun işini dayandırmayıb, Uşaq Qaynar Xəttinin əməkdaşları fəaliyyətlərini ev şəraitində davam etdiriblər.

Xeberler.az bildirir ki, bu ilin ilk rübü ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə ümumilikdə 1313 zəng daxil olub. Bunlardan 411-i yanvar, 438-i fevral, 464-ü isə mart ayında edilib. Müraciətlərin əksəriyyəti: 625-i təhsil mövzusuna aid olub. Yerdə qalan zənglərin 114-ü sosial, 118-i psixoloji, 199-u hüquqi, 98-i səhiyyə, 159-u isə digər sahələrdə yaranan sualları əhatə edib. Xidmətə daxil olan zənglərin 692-si qızlar, 612-i isə oğlanlar tərəfindən olunub. Müraciətlərin xarakterindən asılı olaraq xidmətə təkrar zəng edənlər də olub.

Əvvəlki illərdən fərqli olaraq, bu ilin mart ayında zənglərin sayında nəinki azalma, əksinə artım müşahidə edilib.

Fəaliyyət göstərdiyi 10 ilə yaxın müddətdə Uşaq Qaynar Xətti həm uşaq və yeniyetmələr, həm də ümumilikdəictimaiyyət arasında kifayət qədər etibar qazanıb. Xidmətin əməkdaşlarının vasitəçiliyi ilə bu rüb ərzində daxil olan müraciətlər əsasında 76 ailə ilə görüş təşkil edilib, 44 aidiyyatı ünvana məktub göndərilib. Bundan əlavə, xidmətin əməkdaşları mütəmadi olaraq ölkə mediasında çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə fəaliyyətində aktiv iştirak ediblər.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət göstərmək, psixoloji və hüquqi yardım etmək, emosional dəstəklə yanaşı, onlara üzləşdikləri çətinliklərin həllinə dair məsləhətlər verməkdir. Bundan əlavə, ehtiyac yarandığı halda Uşaq Qaynar Xətt xidməti müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini də təmin edir.

Qeyd edək ki, "Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaq Qaynar Xətt xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır.

Hazırda xidmətə məxsus 116111 qısa nömrəsi mobil nömrəyə yönləndirilib və müraciətlər 7/24 mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılır. Həmçinin, uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb.

Karantin rejimi ilə əlaqədar qarşıdakı dövrdə müraciət edənlərə çevik yardım göstərilməsini təmin etmək məqsədilə xidmətin vsosial media kanalları üzərindən də təbliği və tanıdılması nəzərdə tutulub.

Qeyd edək ki, Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Qorxma, biz səninləyik!

05-10-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə