Previous Next
Bağla

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019 18:03
Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

Xeberler.az bildirir ki, Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin istifadəsinə verilən 116-111 qısa nömrəsinin təqdimatı
keçirilib.

“Azercell Telekom” MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində “Four Seasons” otelində “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən məruzəçilər “Azərbaycanda psixi sağlamlıq xidmətləri”, “Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi” , “Uşaq təhsil müəssisələrində psixi sağlamlığın təşviqi və mühafizəsinə yanaşmalar”, “Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar” və digər gündəmdə olan məsələlərə toxunublar.

Tədbirdə Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin yeni istifadəyə verilən 116-111 qısa nömrəsinin təqdimatı da baş tutub. Vurğulayaq ki, Azercell müasir dövrdə yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığını həssas məsələ hesab edir. Çətin durumda olan, yardıma ehtiyac duyan insanların köməyinə çatan “Uşaq Qaynar Xətt” xidməti şirkətin dəstəklədiyi önəmli layihələr sırasındadır. Öz fəaliyyətində bir sıra sosial layihələri həyata keçirən Azercell, onların texnoloji cəhətdən təkmilləşməsinə də xüsusi diqqət ayırır. Şirkətin təşəbbüsü ilə 2017-ci ildə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Bununla da, “Uşaq Qaynar Xətt” xidmətinin dünyanın istənilən nöqtəsində əlçatan olması təmin edilib. Qısa nömrə sayəsində isə dəstəyə ehtiyacı olan gənclər daha rahat qaynar xəttin əməkdaşları ilə əlaqə quraraq, onları narahat edən məsələ ilə bağlı bölüşə və məsləhət ala biləcəklər.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 9 il ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 38 000-dən çox müraciət daxil olub. Azercell-in dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri ilə günün istənilən saatında xidmətə müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020
Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019
Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019
Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016
Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019
Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017
Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016
Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017
Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022
Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018
Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022
“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025
Qorxma, biz səninləyik!

Qorxma, biz səninləyik!

05-10-2018
İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021
Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020
“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə