Previous Next
Bağla

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017 12:14
Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

2010-cu ildə Azercell-in dəstəyi ilə yaranan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 6 illik hesabatını açıqlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, fəaliyyət göstərdiyi bu illər ərzində Qaynar xəttə ümumilikdə 18.140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi,  3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlı olub.

Bu müraciətlərdən 12.045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il yanvar-dekabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3516 zəng daxil olub.

Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zorakılıqla bağlı 987 müraciət daxil olub. Müraciətlərə əsasən zorakılıq qurbanı olmuş uşaqlar aşağıdakı təsnifat üzrə qeydiyyata alınıblar:

  • Psixoloji zorakılığa məruz qalmış uşaq və gənclər – 486 nəfər
  • Fiziki zorakılığa məruz qalmış uşaq və gənclər – 30 nəfər
  • Cinsi zorakılığa məruz qalmış uşaq və gənclər – 11 nəfər
  • Etinasızlığa məruz qalmış uşaq və gənclər – 460 nəfər

Zorakılıqla bağlı “Qaynar Xətt”ə müraciət edənlərin 571 nəfəri qız, 416 nəfəri isə oğlan olub. 2014-cü ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin tərkibində yaranan “Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti də uğurlu fəaliyyəti ilə seçilib. Belə ki, 2 il ərzində “Gəncə Regional Uşaq Qaynar Xətt” xidmətindən 926 uşaq yararlanıb ki, bunun da 353-ü 2016-cı ilin payına düşür.  

 “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2016–cı ildə həyata keçirdiyi layihələrlədə diqqət çəkib. Bakıxanov qəsəbəsi 252 və 96 nömrəli məktəbdə maarifləndirmə görüşündə, Beynəlxalq TİSA məktəbinin Xeyriyyə Yarmarkasında, Yasamal rayonu 173 nömrəli məktəbin rəhbərliyi tərəfindən təşkil edilmiş "Narkomaniya və QİÇS-ə qarşı mübarizə" adlı tədbirində iştirak etməklə “Uşaq Qaynar Xətt"-i uşaqlara dəstək olub.

“Uşaq Qaynar Xətt” xidmətinin uğurlu işlərindən biri də 2016-ci ilin noyabrında “Uşaq Qaynar Xətti Mobil Əlavəsi”nin istifadəyə verilməsidir. Xidmətin bu əlavəsinin artıq aktiv istifadəçiləri var. Bu yaxında tətbiqin İOS platformasında çalışan qurğular üçün nəzərdə tutulan versiyası da istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, “Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli qüsurlu qaçqın və məcburi köçkün uşaqlar istifadə edirlər.

Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015

Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

23-11-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə