Previous Next
Bağla

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017 17:00
Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Azercell Telekom MMC-nin  dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2017-ci ilin ilk 6 ayı üzrə hesabatını açıqlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yanvar-iyun ayları ərzində  “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 1458 zəng daxil olub, onlardan 53-ü hüquqi, 28-i psixoloji, 15-i səhiyyə, 350-si - təhsil, 634-ü – sosial, 18 –i – zorakılıq, 5-i – fiziki, 40-ı – etinasızlıq, 315-i də digər müraciətlərlə bağlı olub.

Ümumilikdə qəbul edilən zənglərin 667-si şəhərdaxili, 781-i mobil zəng, 10-u mobil sms, 6-sı isə elektron məktub şəklində daxil olub. Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi gündən indiyə qədər daxil olan müraciətlərin 1257-si psixoloji, fiziki, cinsi zorakılıqla bağlı olub və bu göstəricinin 270-i 2017-ci ilin ilk 6 ayı ərzində qeydə alınıb. Onu da qeyd edək ki, zorakılığa məruz qalanların 189-u qız, 81-i oğlandır.

“Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti isə 2017-ci ilin yanvar-iyun ayları ərzində 434 zəng qəbul edib, bunların 369-u şəhərdaxili, 65-i isə mobil zəng vasitəsilə olub.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti komandası eyni zamanda 6 ay ərzində həyata keçirdiyi tədbirlərlə də diqqət çəkib. Belə ki, onlar “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi”, “Özünə inam və özgüvən problemləri” və “Aqressiyamızı necə idarə edək?” mövzuları üzrə təlimlər veriblər. Gəncə regional "Uşaq Qaynar Xətt" xidməti isə 8-11-ci sinif uşaqları ilə görüşüb, Gəncə şəhər 1 saylı Tam Orta məktəbində Uşaq Qaynar Xətt Xidmətinin təqdimatını keçiriliblər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Uşaq Qaynar Xətt”-inin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə