Previous Next
Bağla

Provayderlər üçün yeni qayda və təlimatlar hazırlanıb

08-02-2017 10:32
Provayderlər üçün yeni qayda və təlimatlar hazırlanıb

Dünən AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Təhlükəsiz İnternet gününə həsr olunmuş elmi seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib:

“Bu gün dünyanın müxtəlif ölkələrində Beynəlxalq Təhlükəsiz İnternet gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayan alim qeyd etdi ki, əsas məqsəd dünya ictimaiyyətinin diqqətini təhlükəsiz İnternetin təbliği, şəbəkədə maarifləndirmə işlərinin aparılması, uşaq və yeniyetmələr arasında İnternetdən daha təhlükəsiz və məsuliyyətli istifadə məsələlərinə cəlb etməkdir”.

İnternet şəbəkəsi təhlükəsizliyi təmininin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə tədqiqatların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu vurğulayıb.

Sonra Tədris-İnnovasiya Mərkəzinin sektor müdiri Sabirə Ocaqverdiyeva “İnternetdə uşaqların təhlükəsizliyinin təmin olunması mexanizmləri” mövzusunda məruzəsini təqdim edib. O, təhlükələrin mövcudluğunun istər real həyatda, istərsə də onlayn mühitdə problemlərin yaranmasına təkan verdiyini bildirərək uşaqların əksəriyyətinin İnternetdə aldadıldığını, zorakılığa məruz qaldığını, texniki və sosial-psixoloji təhdidlərlə üzləşdiyini diqqətə çatdırıb:

“ İnformasiya məkanının təhlükəsizliyinin təmin olunması, məlumatlandırma və maarifləndirmənin həyata keçirilməsi uşaqların qorunması üçün kifayət etmir. Belə ki, azyaşlı İnternet istifadəçisinə yönəlmiş təhlükələrin qarşısının alınması məqsədilə müxtəlif texnoloji üsullar, mexanizmlər və ya proqram vasitələrindən istifadə olunur”.

S.Ocaqverdiyeva valideynlərə uşaqların İnternetdə zərərli saytlardan mühafizəsinə və onları nəzarətdə saxlamağa imkan verən “Windows Family Safety” proqramının üstünlüklərindən söz açıb. Onun sözlərinə görə, proqram vasitəsilə valideyn İnternetdən istifadə zamanı bir sıra səhifələrə qadağa qoya və məhdudiyyətləri tənzimləyə bilər.

O, valideyn nəzarətinin təmin olunmasına xidmət edən “McAfee Family Protection” və “Norton Family” kimi antivirus proqramları vasitəsilə veb-saytlar, sosial şəbəkələr və axtarış saytlarının filtrlənməsinin, məlumatların göndərilməsi və qəbul olunmasına nəzarətin həyata keçirildiyini nəzərə çatdırıb:

“Əgər informasiya hər hansı bir şəxsin kimliyini ortaya çıxarırsa, və ya konfidensial məlumatları deşifrə edirsə, bu zaman informasiya şəxsi təhlükəsizlik üçün bir təhdidə çevrilir. Sənədləri dərc etməzdən əvvəl konfidensial məlumatlar üzərində müxtəlif “təmizləmə” əməliyyatlarının (verilənlərin sanitarizasiyası) aparılması zərurəti yaranır.

Sabirə Ocaqverdiyeva  uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunmasına dair qanunvericilik bazasından söz açaraq 21 aprel 2000-ci ildə ABŞ-da qəbul edilmiş “The Children’s Online Privacy Protection Act” haqqında məlumat verib:

O, qanunun valideynlərə elektron mühitdə uşaqlara zərər verə biləcək informasiyadan onları qorumaq üçün səlahiyyətlər verdiyini bildirib.  Qeyd edib ki, qanuna görə, uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə veb-provayderlərin riayət etməsi üçün qayda və təlimatlar hazırlanıb.

 S.Ocaqverdiyeva AR Prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz İnternet” mexanizminin işlənilməsi və tətbiqinin nəzərdə tutulduğunu bildirib.

 “Təhlükəsiz İnternet günündə həyata keçirilən tədbirlər” haqqında məruzə ilə institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Əliyeva çıxış edərək Təhlükəsiz İnternet gününün hər il dünyanın bir çox ölkələrində qeyd olunduğunu bildirib.  Onun sözlərinə görə, cari ildə “Dəyişin: Daha yaxşı internet üçün birləşin” şüarı altında keçirilən bu gündə mediada maarifləndirmə işləri aparılır, xüsusi televiziya proqramları hazırlanır, uşaqlar üçün yarışlar təşkil olunur. Həmçinin bu sahədə aparıcı şəxslər, xüsusilə valideynlər, şagirdlər, tədqiqatçılar və mütəxəssislərlə görüşlər təşkil olunur, onlayn təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr olunur.

Məruzəçi bu günə diqqət cəlb etmək məqsədilə Birləşmiş Krallığın Təhlükəsiz İnternet Mərkəzinin “Childnet İnternational” təşkilatı ilə birgə təhsil paketləri təsis etdiyini vurğulayıb. Təhsil paketlərinin yaşa görə qruplaşdırıldığını söyləyən A.Əliyeva buraya dərs planları, posterlər, təqdimatlar və digər fəaliyyət növlərinin daxil edildiyini diqqətə çatdırıb.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021
Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019
Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə