Previous Next
Bağla

Vidadi Zeynalov: “Yalnız prezidentdən əfv istəyirəm”

27-10-2017 10:52
Vidadi Zeynalov: “Yalnız prezidentdən əfv istəyirəm”

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib.

Xeberler.az APA-ya istinadən məlumat verir ki,  hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Vidadi Zeynalov çıxış edib. V. Zeynalov bildirib ki, özünü yalnız dövlət başçısının qarşısında günahkar bilir və ondan əfv diləyir: 

“Alnı açıq, üzü ağam. Cəzam varsa, qanuni cəza təyin edin. Kimlərinsə tapşırığını icra etməyin. Hökmü oxusanız istintaqdakıların ölənlərinə rəhmət oxuyarsınız. Bacanağımın mənə nə dəxli var ki, ona məxsus əmlaka həbs qoyublar? Qohumumdurlar deyə küçədə qalmalıdırlar? Haqq, ədalət gec-tez yerini tapacaq. Bu ölkənin sahibi var. Əgər günahım varsa, ən ağır cəzaya razıyam. Heç kimin haqqını yeməmişəm. Heç kimə pislik etməmişəm. İttihamda yazılanlara görə buradakılar ancaq mənimsəmə ilə məşğul olublar. Hər kəs öz arşını ilə ölçür. Hansı vəsaiti mənimsəmişik? Mən rəhbərliyin verdiyi tapşırıqları sədaqətlə yerinə yetirmişəm. Vəsait tərəfimizdən ödənilib, yenə cəza almışıq”.

İclasda Anar Mustafayev və vəkili Gülşən Salmanova, Cəlil Cəfərov və vəkili Sünbülə Əliyeva, Namazəli Məmmədov və vəkili Könül Əliyeva da çıxış edərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Vüqar Babayev isə apellyasiya şikayətlərinin təmin edilməməsini istəyib. Bildirib ki, hökm ədalətlidir.

 Proses oktyabrın 31-də davam edəcək.

 Xatırladaq ki, təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini istəyiblər.

Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

07-11-2017
Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

03-10-2017
“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

22-11-2017
Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017
RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016
Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016
RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016
Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016
Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016
RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015
Blogger Adnan Hacızadə azadlığa buraxıldı

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010
RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016
Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

11-10-2016
Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016
ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016
Gənc bloggerlərin apellyasiya şikayəti icraata verilib

Gənc bloggerlərin apellyasiya şikayəti icraata verilib

10-12-2009
Bakcell ANS-i məhkəməyə verib

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018
Bəzi saytlara qoyulan blok ləğv edilib

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019
ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016
RYTN-in Aparat rəhbərinin müavini  işdən çıxarıldı

RYTN-in Aparat rəhbərinin müavini işdən çıxarıldı

10-12-2015
NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

25-01-2021
İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009
Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016
Provayder Bakı Metropolitenini məhkəməyə verib

Provayder Bakı Metropolitenini məhkəməyə verib

28-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə