Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

17-07-2025 / 17:01

Cari ilin yanvar-iyun ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 min 310 şəxs qəbul edilib və onlara 456 min 881 sayda xidmət göstərilib ki, bunun da 158,8 mindən çoxu şifahi xidmətlər (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 105 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Xeberler.az məlumat verir ki, aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,3 faizini təşkil edib:

∙ Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

∙ Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

∙ Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

∙ “ASAN İmza” sertifikatlarının verilməsi;

∙ Vergi ödəyicisinə arayışların verilməsi;

∙ Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

∙ Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

∙ Fiziki şəxsin uçotdan çıxarılması;

∙ Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar-iyun aylarında vergi ödəyicilərindən daxil olmuş 17 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 14 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2104 vergi ödəyicisinin iştirakı ilə 205 görüş keçirilib, 2541 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 583 mindən çox SMS göndərilib.

Yanvar-iyun ayları ərzində ümumilikdə 149 min 939 müraciət üzrə 226 min 72 “ASAN İmza” sertifikatı verilib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə