Verizon Yahoo-nu 4,8 milyard dollara satın alır

25-07-2016 / 15:11

Verizon-un Yahoo-nu satın alacağı ötən həftə gündəmə  gəlmişdi.

Xarici mediada yayımlanan məlumatlara görə, nəhayət Yahoon-un idarə heyəti satışı təsdiqləyib.

Xeberler.az həmin məlumatlara istinadən bildirir ki, deyilənə görə, Verizon Yahoo-nun əsas hissələri üçün 4,8 milyard dollar ödəyib.

Veb portalı deyəndə ilk ağıla  gələn ad olan Yahoo Silikon Vadisinin ən köklü startaplarından biridir. 1994-ci ildə Stanford tələbələri  Jerry Yang və David Filo tərəfindən yaradılıb.

Verizon-un rəqəmsal media gücü bir az daha artıb

Verizon əslində ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısıdır.

Bu satınalmayla Yahoon-un axtarış, mobil və reklam müəssisələrinin sahibi olan Verizon bununla da rəqəmsal media gücünü də ikiyə qatlamış oldu.

Rəsmi olaraq bu gün və ya sabah açıqlanması nəzərdə tutulan satınalma xəbəri Techrunch-da yayımlansa da, sonradan geri götürülüb.

Hazırda Yahoon-un NASDAQ birjasında bazar dəyəri təxminən 39 milyard dollardır ətrafındadır.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə