Previous Next
Bağla

Vestel IFA 2019-da yenilikləriylə səs gətirdi

13-09-2019 15:05
Vestel IFA 2019-da yenilikləriylə səs gətirdi

Xeberler.az bildirir ki, Berlində Avropanın ən böyük texnoloji sərgisi — IFA 2019-a yekun vurulub.

Almaniyanın paytaxtı Berlində təşkil olunan IFA sərgisi sona çatdı. 3000 m 2 -lik stendi ilə sərgidə aktiv iştirak edən markalardan biri də Vestel oldu.

Vestel-in Xarici Ticarət üzrə Direktoru Seda Kaya: Öz texnologiyasını 155 ölkəyə ixrac edən və 21 ildir ki, Türkiyənin elektronika ixracatı lideri olan Vestel bütün fəaliyyətlərində Ağıllı Həyat 2030 hədəfinə uyğun olaraq, insanların, cəmiyyətin və
ümumilikdə planetimizin gələcək rifahını təmin etmək üçün çalışır və davam etdirilə
bilən texnoloji həllərin istehsalına fokuslanır.

Bu hədəf üzrə fəaliyyət göstərərək istehsal etdiyimiz ən az elektrik enerjisi və su işlədən, yuyucu tozsuz yuma funksiyasına sahib, vakuum cihazları ilə qidaların istifadə ömrünü uzadan ev əşyalarımız müştərilər tərəfindən rəğbətlə qarşılanır.

Enerji ehtiyatlarının get-gedə azaldığı dünyamızda insanlar təbiət dostu və daha az sərfiyyat tələb edən məhsullara doğru meyil edir. Vestel də bu tendensiyaya xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu şirkətin məhsulları dünya rekordu səviyyəsində elektrikə və suya qənaət edir.

Təbiət dostu texnologiyaları ilə sərgidə diqqətləri özünə cəlb edən Vestel-in yeni qabyuyan maşınları həm də meyvə-tərəvəz yuma funksiyasına sahibdir. Araşdırmalara görə, bir evdə meyvə-tərəvəz yuyulduqda ildə orta hesabla 18 ton su sərf edilir. Vestel-in innovativ məhsulu da bu problemin həllini azaltmaq məqsədi daşıyır.

Vestel-in işləyib hazırladığı unikal SteriliZone texnologiyası ilə təchiz edilmiş paltaryuyan maşınlar isə əlavə kimyəvi maddələrdən istifadənin qarşısını alır. Belə ki cihazın qapağına quraşdırılmış xüsusi ultrabənövşəyi şüa yayan mənbə, paltarları emal edərək, bakteriyaların DNT-sinə nüfuz edir və onların yenidən artmasını əngəlləyir.

IFA-da sərgilənən digər Vestel məhsullarından ThawTech texnologiyasına sahib soyuducu xüsusi diqqət çəkib. Bu texnologiya vasitəsilə dondurucuda saxlanan qidaların uzaqdan idarə edərək sağlam formada donunu açmaq mümkündür.

Vestel-in rekordçu məhsullarından olan Hydro Charge texnologiyalı paltaryuyan maşın, çox az miqdarda yuyucu tozla kifayətlənərək, həm paltarları effektiv yuyur, həm də təbiəti qorumağa yardım edir. Hydro Boost texnologiyasına sahib olan paltaryuyan maşın isə su və yuyucu toz məhlulunu baraban içindəki 14 fərqli nöqtədən paltarlara su çiləyərək məhlulun parçaya daha çox hopmasını təmin edir.
Sərgidə ümumilikdə 100 ölkədən 1800-dən çox məhsul, texnologiya və dizayn həvəskarlarına təqdim edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vestel-dən yeni ağıllı telefon Venus

23-04-2015

“IFA 2015” sərgisi başlayır

04-09-2015

IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

09-09-2019

Kosmik şəraitdə işləyə bilən paltaryuyan maşın icad edilib

03-09-2025

Galaxy Note 5-dən ilk kadrlar

03-05-2015

Philips yeni televizorunu təqdim etdi

05-09-2015

“IFA 2015” sərgisinin qeyri-adi texnologiyaları

11-09-2015

Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

04-09-2018

Sony Xperia 5 smartfonu təqdim olunub

06-09-2019

Məişət cihazlarına telefonla nəzarət ediləcək

02-09-2015

Samsung LCD TV-də inqilab etmək istəyir

24-08-2009

“IFA 2015” də təqdim olunan ağıllı saatlar

07-09-2015

Türkiyədə Amazon-un rəsmi ofisi açıldı

04-12-2015

Qabaqcıl texnoloji yeniliklər təqdim olunub

01-10-2015

Məşhur sərgidə təqdim edilən yeni texnologiyalar

07-09-2016

Microsoft yeni məhsullarını təqdim edəcək

21-08-2015

SMART SME MENA 2019 sərgisi başa çatıb

20-09-2019

Azərbaycanın əsas import-export tərəfdaşları - Statistika

18-06-2021

Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

07-01-2025

Avtomobildə telefonunuz üçün ən yaxşı enerji cihazları

22-09-2015

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

18-09-2019

Kendden.com saytı sifarişi gecikdirəndə müştəriyə endirim edir

16-09-2015

Azərbaycan startapçıları Dubayda Texnologiya sərgisində iştirak edib

12-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə