Previous Next
Bağla

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015 11:42
Milli Net-də Nominant statusu alan növbəti saytlar

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Mobil tətbiqlər” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Ailə, uşaq və sağlamlıq” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Tibb.az”, “Gmdm.az”, “Saglamliq.isim.az”, “Gynecology.az”, “Stomatoloq.az”, “Dadli.az”, “Zeferan.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatı oxucuların nəzərinə çatdırırıq.

Dadli.az – Sayt istifadəçilərə milli və bölgə mətbəxinin, habelə dünya mətbəxinin inciləri ilə tanış olmaq imkanı verir. Burada məhsullara, bölgələrə görə, reseptin neçə nəfərlik olmasına və hazırlanma müddətinə görə axtarış (filtr) sistemi mövcuddur.

Stomatoloq.az - Amerika Stomatoloji Assosiasiyasının ilk azərbaycanlı üzvünün şəxsi saytı və stomatologiyaya həsr olunmuş bloqudur. Saytda stomatoloji biliklər verilib. Dişlərə qulluq, sağlamlıq haqqında məlumatları buradan əldə edə bilərsiniz.

Gynecology.az – Mütəxəssis Rəxşəndə Aslanovanın qadın sağlamlığı, mamalıq və ginekologiya haqqında resursdur. Ginekologiya, sağlamlıq, müvafiq preparatlar, eyni zamanda həkim məsləhəti ilə bağlı saytda məlumatlar əldə edə bilərsiniz.

Saglamliq.isim.az – Sayt müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi daşıyır. Əhali və xüsusilə də gənclər arasında maarifləndirmənin aparılması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

Gmdm.az - Gəncə Müalicə Diaqnostika Mərkəzinin rəsmi saytıdır. Sağlamlıq haqqında geniş məlumatları saytdan əldə etmək mümkündür. Mərkəzin fəaliyyəti, xidməti, gördüyü işlər barədə buradan məlumat ala bilərsiniz.

Tibb.az - Sayt 8 ildir fəaliyyət göstərir. Saytın məqsədi ölkəmizdə insanların sağlam həyat tərzi və onlayn olaraq pulsuz həkim məsləhətlərindən faydalanmasını cəmiyyətdə tətbiq etməkdir.

Zeferan.az - Sayt Azərbaycanda fəaliyyət göstərən Zəfəran Apteklər şəbəkəsinin rəsmi saytıdır. Burada zəfəran apteklərinə aid xəbərlər və digər məlumatlar yerləşdirilib. Həmçinin saytda sorğu sistemi və bir neçə elektron xidmətlər verilib.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet 2017-nin nominantlarını tanıyaq

07-12-2017

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə