MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016 / 22:03

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda  MilliNet-in " Mədəniyyət, incəsənət və turizm” Nominasiyası üzrə nominant statusu alan saytlar haqda məlumat vermişdik.

Bu dəfə isə MilliNet-in "Ailə, uşaq və sağlamlıq” Nominasiya üzrə seçilən saytlarını təqdim edirik.

Bunlar “Asanmektub.az”, “Evdarliq.az”, “Azadqadin.az”, “Drbehruz.az”, “Qadınklubu.com” , “Saglamliq.isim.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Asanmektub.az -Bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Evdarliq.az- Saytda dadlı yeməklərin rahat və müxtəlif çesidli reseptləri, təmizlik işlərinin siri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların düzgün düzülülşü, dünya mətbəxi və evə aid bütün yeniliklər barədə məlumat yerləşdirilib. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Azadqadin.az- Azərbaycanın ilk qadın informasiya portalıdır. Azadqadin.az saytı maraqlı layihələri, xəbərləri ilə ictimaiyyətin diqqətini özünə çəkə bilib. Saytda qadın problemlərinə xüsusi yer ayırılır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Drbehruz.az -Sayt hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında stomatoloq kimi çalışan uzman doktor Bəhruz İsmayılova məxsusdur. Saytda stomatologiya ilə bağlı həkim tərəfindən faydalı məqalələr dərc olunur. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qadınklubu.com -Azərbaycanın ən çox bəyənilən qadın, sağlamlıq, gözəllik, ailə, ana və uşaq, pəhriz, yemək, dəb, din, evlilik və s. mövzuları əhatə edən qadın və ailə portalıdır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Saglamliq.isim.az-Pasiyentlərin Tibbi Təhsili üzrə Sağlamlıq portalı əhalinin tibbi savadlığının və tibbi mədəniyyətinin inkişaf etdirilməsi, habelə qeyri-infeksion və infeksion xəstəliklər barədə məlumatlılığının artırılması məqsədilə ilə yaradılıb. Sayt  hazırda işləmir.

Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

                                                                           


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.