WhatsApp yazışmalarını necə qorumalı? –Təlimat

24-11-2017 / 11:08

Facebook daxilində fəaliyyət göstərən WhatsApp dünyanın ən məşhur mesajlaşma proqramlarından biridir.

Instant Communications-nə görə, hər ay 1.3 milyard insan WhatsApp istifadə edir.

Belə olan halda mesajlaşma proqramı istifadəçilərin həyatına dair vacib məlumatları özündə toplayır. Bu da WhatsApp hesabınıza hücum edən (hack) və ya mesajlarınızı icazəsiz oxuyan bir insanın həyatınız haqqında çoxlu məxfi məlumat əldə edə bilməsi deməkdir.

Xeberler.az-ın məlumatına görə, WhatsApp-da yazışmaları təhlükəsiz saxlamaq və istənməyən sürprizlərlə qarılaşmamaq üçün bəzi həllər var.

Belə ki, yalnız 8 addımla WhatsApp yazışmalarınızın təhlükəsizliyini təmin edə bilərsiniz.

İlk addım olaraq təsdiqləmə funksiyasını aktivləşdirmək lazımdır. Sosial şəbəkələr və kommunikasiya tətbiqləri tərəfindən istifadə olunan iki addımlı təsdiqləmə təhlükəsizliyinizə yeni bir güc qatır.

Bu funksiyanı aktiv etmək üçün tətbiqdə “Ayarlar”> “Hesabım”> “İki addımlı Doğrulama”>Aktivləşdir fəaliyyətini həyata keçirməlisiniz.

İki addımlı doğrulamadan istifadə etmək üçün 6 rəqəmdən ibarət olan bir parol yaratmaq tələb edilir.

Rəqəmlərdən ibarət olan parollar Sizin üçün asan görünsə də, onları başqaları təxmin edib, qıra bilməz.

Şifrə yaradarkən doğum tarixiniz və ya “123456” kimi asan ardıcıl nömrələri əlavə etməyiniz məsləhət deyil.

İki addımlı təsdiqləmə ilə WhatsApp tətbiqi telefonunuzda yalnız bu parol daxil ediləndə açılacaq.

Güclü bir ekran şifrəsi müəyyən edin

Mobil cihazınız oğurlandıqda bütün məlumatları üçüncü tərəflər əldə edə bilər. Ekranın parolları oğurluq hadisəsi olanda telefondakı məlumatları təhlükəsiz saxlayır.

Bütün bulud back-up sürətini deaktiv edin

Çünki WhatsApp bütün yazışmaların bir nüsxəsini Google Drive və ya iCloud kimi bulud serverlərində saxlayır. Belə olan halda proqramı yenidən yükləsiniz, bütün köhnə mesajlar geri qayıtmış olacaq. Onların da şifrlənməməsi təhlükəni artırır.

Bir çox Hollywood məşhurları bulud xidmətlərində saxlanan fotoşəkilləri oğurlandığı üçün çətin vəziyyətə düşüb

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə