"WhatsApp"da yeni funksiya işə salınır

04-08-2021 / 16:01

"WhatsApp" messencerində yeni funksiya işə salınır.

Xeberler.az bildirir ki, bu barədə messencerin sahibi olan "Facebook" şirkətindən bildiriblər.

Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.

İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində "Baxıldı" yazısı peyda olacaq. Bunun üçün "Bir dəfə baxmaq" ("View once") funksiyasını işə salmaq kifayət edəcək.

Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə