“Wikileaks” internet saytının qurucusu apelyasiya şikayəti verib

07-04-2011 / 16:13
ABŞ diplomatlarının gizli yazışmalarını ifşa edərək dünyanın gündəmini dəyişən “Wikileaks” internet saytının qurucusu Culian Assanc İngiltərədən İsveçə ekstradisiya olunmaması üçün hüquqi mübarizəyə başlayıb. Xeberler.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Culian Assanc İngiltərə məhkəməsinin haqqındakı seks skandalı səbəbilə İsveçə verilməsi haqda qərarından apellyasiya şikayəti verib.

Culian Assanc İngiltərə məhkəməsinin qərarının insanlaq haqlarına zidd olduğunu bildirib. Avstraliya vətəndaşı olan Assanc haqqındakı iddiaların siyasi xarakterli olduğunu vurğulayıb. “Wikileaks”ın qurucusunun apellyasiya şikayətinə iyulun 12-13-də Londonda baxılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə