“Xalq kompüteri” layihəsi kompüterlərinin çeşidi artıb

10-03-2015 / 12:21

“Xalq kompüteri” layihəsinin operatoru olaraq “BestComp Group” şirkəti layihəni daha da təkmilləşdirib.

Xəbərlər  AZƏRTAC-a istinadən məlumat verir ki, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompüter modelləri daxil edilib. Bu modellər də lisenziyalı “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.

“Xalq kompüteri” layihəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən “HP” və “Microsoft” şirkətləri ilə birgə 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.

 

Xəbərlər.az



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə