Previous Next
Bağla

Xalqımız ilaxır çərşənbəni qeyd edir

14-03-2023 10:28
Xalqımız ilaxır çərşənbəni qeyd edir

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.

Xeberler.az məlumat verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. Bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.

İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəsinin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində Yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Su çərşənbəsidir

25-02-2025

Bu gün Azərbaycanda Novruz bayramıdır

20-03-2023

Azercell-lə İlaxır çərşənbəniz mübarək olsun

17-03-2020

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2017

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2018

İlk Novruz hədiyyəniz Azercell-dən olsun

25-02-2020

Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol

14-03-2023

Torpaq vergisinin hesablanması asanlaşdı

21-07-2017

Torpaq nəzarətində planşetlərdən istifadə olunacaq

17-10-2019

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

20-03-2025

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024

Vergilər Nazirliyindən daha bir elektron xidmət

10-02-2017

Dövlət torpaqları haqqında axtarış sisteminə 15 minədək məlumat yerləşdirilib

06-03-2009

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

09-11-2018

Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

31-10-2015

Novruz hədiyyəniz Hesab.az-dan olacaq

19-03-2020

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

Novruz bayramı ərəfəsində Azercell-dən yeni kampaniya

04-03-2015

TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

19-03-2025

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə