“İndiyədək xarici ölkələrdə təhsil almış tələbələrin 10 faizini İT ixtisası üzrə təhsil alan gənclər təşkil edir”.
Xeberler.az-ın məlumatın görə, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.
O, cari ildən başlayaraq İT ixtisasları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını diqqətə çatdırıb.
Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140 yerə qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Nazirlik rəsmisi orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (International Olympiad in Informatics - IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirib.
Yaqub Piriyev vurğulayıb ki, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri