Previous Next
Bağla

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018 11:47
İnformatika  Olimpiadasının qalibləri açıqlandı

 Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.

Bu barədə Xeberler.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiHeydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutudur.

17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağın artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini, bu sahə üzrə yüksəkixtisaslı, elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu bildirib.

Akademik bildirib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Alim, həmçinin qeyd edib ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunub.

Ölkəmizdə bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu deyən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycanda bu ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini deyib. O, bu ildən başlayaraq informasiya texnologiyaları üzrə bakalavr pilləsinə qəbulun yeddi dəfə artırıldığını diqqətə çatdırıb. Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140-a qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Məruzəçi, həmçinin orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirib, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcəyini vurğulayıb.

Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov təmsil etdiyi qurumun elm və təhsil sahəsində, o cümlədən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini diqqətə çatdırıb. O, gənclərin informasiya texnologiyalarına maraq göstərməsinin sevindirici hal olduğunu bildirərək bu kimi olimpiadaların keçirilməsinin gənclərin özünü təkmilləşdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Olimpiadanın münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılmasında və ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasında olimpiadanın əhəmiyyətini vurğulayıb.

Sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar.

Sonda final mərhələsinin nəticələri açıqlanıb, qalib komandalar müəyyənləşib.

Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers”, 2-ci yerə ADA Universitetinin “ADA U1”, 3-cü yerə “Bakı Dövlət Universitetinin “BSU1”, 4-cü yerə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Sharper” komandaları layiq görülüb.

Qaliblər (I-IV yerlər) 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə Nar operatoru və BestComp Group şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Xaricdə İT üzrə nə qədər tələbə təhsil alır? –Rəsmi

07-05-2018

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə