Previous Next
Bağla

Xarici jurnalistlərin elektron akkreditasiya qaydası müəyyənləşib

10-06-2015 12:24
Xarici jurnalistlərin elektron akkreditasiya qaydası müəyyənləşib
Xarici KİV nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə XİN-in razılığı olmadan səfər etdiyi aşkarlandıqda akkreditasiyadan imtina ediləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

Xəbərlər-in məlumatına görə, reqlament xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət barədədir.

XİN tərəfindən göstərilən bu elektron xidmət (http://mfa.gov.az/content/890) Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının akkreditasiyası üçün elektron qaydada müraciətlərin və sənədlərin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq akkreditə edilməsini və ya akkreditədən imtina olunmasını əhatə edir. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin surətləri elektron formada təqdim olunmalıdır. Bu sənədlərin siyahısına xarici müxbirlərin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu, ərizə-anket, iki ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə),  xarici müxbirlərin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici müxbirlər Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti, xidməti vəsiqənin surəti və tərcümeyi-hal daxildir.

 Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://mfa.gov.az/content/890)  real vaxt rejimində doldurulur və bu reqlamentin göstərilən sənədlər ərizəyə əlavə edilərək həmin internet ünvana təqdim edilir. Xarici müxbirlərin akkreditasiyası üçün müraciətlərə qeyd olunan sənədlər elektron qaydada təqdim edildikdən sonra 30 gün ərzində baxılır.  İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentə uyğun olduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir .

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir. Xarici müxbirlərin akkreditasiyası üçün elektron qaydada daxil olmuş ərizənin düzgün doldurulması nazirliyin mətbuat xidmətinin məsul əməkdaşı tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsindən asılı olaraq, sorğunun icraya qəbul olunması və ya icradan imtina edilməsinə dair qərar qəbul olunur. Sorğu icraya qəbul olunduğu təqdirdə, həmin sorğuda qeyd olunan məlumatlar əsasında araşdırmalar aparılır. Sorğunun icrası üçün nazirliyinin mətbuat xidmətinin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.Xarici müxbirin akkreditə edilməsi barədə qərar qəbul edildikdə, nazirliyin mətbuat xidməti tərəfindən xarici müxbirə bu məqsədlə veriləcək akkreditə kartının hazırlanması, verilməsi və qeydiyyata alınması təmin edilir.

Akkreditə edilməsi sorğu olunan xarici müxbirlə bağlı saxta və ya yanlış məlumat təqdim edildikdə, xarici KİV nümayəndələri Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə,  xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə həmin xarici müxbirin akkreditə edilməsindən imtina olunur. Sorğunun baxılmasının nəticəsi barədə istifadəçiyə məlumat verilir.

Araşdırmaların nəticəsindən asılı olaraq, xarici müxbir akkreditə edildikdə, istifadəçiyə elektron poçt vasitəsilə akkreditə kartının veriləcəyi yer və tarix barədə məlumat verilir. Akkreditə edilmiş xarici müxbirlər akkreditə kartını nazirlikdən şəxsən təhvil alırlar.  Akkreditə edilmədən imtina olunduğu hallarda imtinanın səbəbləri barədə istifadəçiyə elektron poçt vasitəsilə dərhal məlumat verilir. İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici İşlər Nazirliyi Elektron hökumət portalına qoşuldu

31-10-2013

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016

Xaricdə təhsil üçün ərizələr yalnız elektron qaydada qəbul ediləcək

09-04-2015

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Xaricdə yaşayan azərbaycanlılar necə elektron müraciət edə bilər?

25-12-2015

Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

17-04-2015

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

“Sputnik-Azərbaycan”nın akkreditasiyası ləğv edilib

24-02-2025

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Xarici ölkələrdə tərtib edilmiş sənədlərin notariuslarda qəbul edilməsi qaydası dəyişir

02-05-2023

Ölkədə 11 min ailə ünvanlı sosial yardımı internetlə alıb

06-07-2016

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib

05-10-2021

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

02-09-2025

Azərbaycanda elektron pul emissiya ediləcək

22-06-2023

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə