Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016 / 14:56

Cari ilin 10-11 noyabr tarixlərində Ukraynanın Elektron Hökumət Agentliyinin, Ədliyyə Nazirliyinin və “Kiyvstar” mobil rabitə operatorunun nümayəndələrindən ibarət heyət Bakıda səfərdə olub.

Səfər Azərbaycanın elektron xidmətlər və əhaliyə xidmətlərin göstərilməsində tətbiq edilən qabaqcıl texnologiyalar sahəsində təcrübəsi ilə tanışlıq məqsədi daşıSəfər çərçivəsində Ukrayna nümayəndə heyəti Azərbaycan Respublikası Vergilər Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, Azercell Telekom və B.EST Solutions şirkətlərində görüşlər keçirib.

Xeberler.az-ın məlumatına görə, görüşlər zamanı əsas diqqət “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti ilə bağlı olan mövzulara yönəlib.

 Xüsusilə Azərbaycanın mobil identitet ekosisteminin arxitekturası, dövlət və özəl sektorlarının əməkdaşlığı əsasında fəaliyyət göstərən sistemin komponentlərinin qarşılıqlı əlaqəsi, mobil elektron imza vasitəsilə mümkün olan innovativ elektron xidmətlər və digər mövzular müzakirə predmeti olub.

Qeyd edək ki, sözügedən səfər iki ölkə arasında rəqəmsal identitet və etimad xidmətlər sahəsində mövcud olan əməkdaşlığın davamıdır.

B.EST Solutions  şirkətinin və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə bu yaxınlarda Ukraynada “Asan İmza” texnologiyasının analoqu olan xidmət pilot rejimində işə salınıb.

Bu əməkdaşlığın nəticəsi olaraq hazırda Ukraynada Azərbaycanın “Asan İmza” mobil rəqəmsal imza texnologiyası əsasında bu ölkənin milli mobil imza sertifikatının verilməsi mümkündür. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə