Previous Next
Bağla

Xeberler.az Texnoloji xəbər portalının 18 yaşı tamam olur

22-06-2026 00:17
Xeberler.az Texnoloji xəbər portalının 18 yaşı tamam olur

Bu gün Xeberler.az Texnoloji Xəbər Portalının fəaliyyətə başlamasından 18 il ötür.

18 il əvvəl ölkədə texnologiya sahəsində milli kontentin formalaşdırılması, oxucuların Azərbaycanda və dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən yeniliklər barədə operativ və dolğun məlumatlandırılması məqsədilə yaradılan Xeberler.az bu gün də öz missiyasına sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir.

Xatırladaq ki, Xeberler.az 2006-cı ildə çap formatında fəaliyyətə başlayan "Online" jurnalının elektron versiyası kimi 22 iyun 2008-ci il tarixindən oxucuların ixtiyarına verilib.

Portalda gündəlik texnologiya xəbərləri ilə yanaşı, eksklüziv müsahibələr, yerli və beynəlxalq tədbirlər, konfranslar, innovasiya və startap ekosistemi ilə bağlı ən son məlumatlar da işıqlandırılır.

Ötən 18 il ərzində Xeberler.az Azərbaycanın texnologiya mediasında özünəməxsus yer tutaraq minlərlə oxucunun etibarlı informasiya mənbəyinə çevrilib. Bu uğurda əməyi olan bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza və illərdir bizi izləyən dəyərli oxucularımıza təşəkkür edirik.

Xeberler.az ailəsini və çoxsaylı oxucularımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, portalımıza gələcək fəaliyyətində yeni uğurlar, davamlı inkişaf və daha böyük nailiyyətlər arzulayırıq!

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə