“Azadlıq” qəzetinin veb-səhifəsi dağıdılıb

13-10-2010 / 17:45

“Azadlıq” qəzetinin veb-səhifəsi dağıdılıb.

Bu barədə qəzetin facebook-dakı səhifəsində xəbər yerləşdirilib. Məlumat aşağıdakı kimidir: “Dostlar, üzülərək məlumat veririk ki, qəzetimizin saytına giriş imkanı yenə itib. Belə ki, oktyabrın 12-dən 13-nə keçən gecə, saat 2 radələrində sayt çox güclü haker hücumu ilə tamamən dağıdılıb. Saytı bərpa etmək üçün dərhal hərəkətə başlanıb. Müəyyən nəticələr əldə edilib, amma hücumun üzərimizə yönəlik avtomatik təkrarlanma rejimində qurulduğu üzə çıxdığından bəzi əlavə tədbirlərə ehtiyac yaranıb. Artıq həmin tədbirlər görülüb, sadəcə saytın yenidən işə düşməsi üçün bizdən asılı olmayan səbəblərdən ən azı 24 saat vaxt lazımdır”.

Məlumatın sonunda qeyd olunur ki, sayt yenidən işə düşənə qədər ən vacib məqalələr Facebook-da yerləşdiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə