Previous Next
Bağla

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020 20:32
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky-nin məlumatına görə, 2020-ci ildə şəbəkədə skamın (fırıldaqçılıq) həcmi aktiv şəkildə artıb: istifadəçilərin pulunu ələ keçirməyi hədəfləyən fırıldaqçı poçt göndərişləri və onlayn elanlar. Yanvardan noyabra qədər şirkət dünya üzrə təxminən 86 min anoloji resurs aşkarlayıb, onlardan 62,5 mini ilin ikinci yarısında bloklanıb.

Bu il skamerlər (fırıldaqçılar) tərəfindən tətbiq edilən daha populyar sxemlər aşağıdakılardır:

1. müxtəlif sosial ödənişlər, o cümlədən, koronavirus infeksiyası mövzusunda mesajlar (15,6 min bu cür resurs aşkarlanıb);

2. elan lövhələri, çatdırılma xidmətləri və ya yemək sifarişi ilə bağlı təkliflər (8,6 min bu cür sayt tapılıb);

3. guya iri şirkətlər və ya brendlərin adından göndərilən sorğular (6,5 bu cür resurs qeydə alınıb).

Bu cür onlayn fırıldaqçılığın mexanikası praktiki olaraq eynidir: endirim bəhanəsi, sərfəli aksiyalar və ya digər pul mükafatları adı altında fırldaqçılar istifadəçiləri saxta səhifəyə cəlb edirlər. İstifadəçi sorğunun və ya anketin bütün mərhələlərini keçən zaman ondan "müəyyən məbləğdə ödəniş" (təxminən 7 AZN) etməsi istənilir. Amma nəticədə o, heç bir pul almır, "komissiya" fırıldaqçılara gedir.

2020-ci ildə Azərbaycandakı istifadəçilərin skam-səhifələrə keçid cəhdlərinin sayı 87 mini ötüb. "Fırıldaqçıların özlərinin skama marağı artmaqdadır. Səbəblərdən biri odur ki, skam-resurs yaratmaq üçün onlardan heç bir xüsusi bacarıq tələb olunmur, əsas olan inandırıcı hiylə düşünməkdir," deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

"Əgər Azərbaycanda skamın səbəb olduğu potensial zərərin məbləğini təsəvvür etsək, bu təxminən 610 min manat civarında olar. Saxta resurslara bizim tərəfimizdən bloklanan keçid cəhdlərinin ən az birində istifadəçi aldadılardısa, fırıldaqçılar çoxlu miqdarda pul əldə edə bilərdilər."

Kaspersky təhlükəsizliyin əsas qaydalarını xatırladır:

1. elektron məktublardakı və messencer ismarışlarındakı şübhəli linklərə keçid etməyin;

2. unutmayın, əgər təklif olduqca cəlbedicidirsə, onda o, böyük ehtimal ki, saxtadır;

3. əgər bu və ya digər aksiya haqqında məlumat alıb iştirak etmək istəsəniz, onda həmin şirkət və ya brendin onu öz rəsmi saytında və ya rəsmi sosial şəbəkə hesablarında paylaşıb, həqiqətəndə keçirdiyini dəqiqləşdirin;

4. cihazınıza Kaspersky Total Security kimi aktual fişinq saytı, skam və spam bazasına malik etibarlı qoruyucu həllər quraşdırın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılığın sayı kəskin artıb

02-03-2026

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə